Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAz TV: İranda “Yaşıl hərəkat” adı verilən müxalif cərəyanının liderləri Musəvi və Kərrubi ərəb dünyasını bürüyən inqilab dağlasından ruhlanaraq tərəfdarlarını meydanlara çıxmağa çağırıblar.
Bu çağırışa qulaq verən bir qrup müxalifət tərəfdarı qadağalara rəğmən, qısa zaman kəsiyində iki dəfə Tehran küçələrində çıxıblar, ancaq hər dəfəsində polis və bəsic qüvvələrinin zorakılığı nəticəsində geri çəkiliblər, ümumilikdə üç nəfər həlak olub.
İran müxalifəti hələ ki, ərəb dünyasında vüsət alan təlatümlərin səviyyəsinə qalxa bilməyib. Çünki əks tərəf də zəif deyil. Buna baxmayaraq, ev həbsində olan Musəvi tərəfdarlarını fəal olmağa, meydanları boş buraxmamağa səsləyir.
Paytaxt Tehranın küçələri qaynayarkən, Azərbaycan şəhərləri – Təbriz, Ərdəbil və digərlərində sakitlikdir. Ancaq bu nisbi sakitlik o demək deyil ki, güneydəki soydaşlarımız passivdirlər. Tehranda müxalifətlə polis arasındakı birinci toqquşmadan 2 gün sonra Türkiyənin Cümhurbaşqanı Abdulla Gül Təbrizə gəldi. Gülün Təbriz hava limanında qarşılanma mərasimində soydaşlarımızın birinin əlində “Gül, Təbrizə xoş gəlmisən” şüarını qaldırması, ayrıca, Türkiyə Cümhurbaşqanının şəhərdəki tarixi yerləri gəzərkən, Azərbaycan Türklərinin sevinc göstəriləri, Azərbaycan Türkcəsində “Yaşasın Türkiyə”, “Yaşasın Türkiyə-Azərbaycan” qışqırmaları çox nəsnədən xəbər verir. Təbrizdə kimsə “Yaşasın Türkiyə-İran” qışqırmadı, kimsə Abdulla Güllə farsca danışmadı. Yəni bu qarşılanma mərasimi də sübut edir ki, güneyli soydaşlarımız kifayət qədər fəaldırlar.
Bəs onda sual oluna bilər ki, Abdulla Gülü millətçi şüarlarla qarşılayan soydaşlarımız nədən Musəvi və Kərubinin “Yaşıl hərəkat”ına dəstək vermir, onların çağırışı əsasında küçələrə çıxmırlar?
Bu günlərdə eyni sual “Yaşıl hərəkat”ı dəstəkləyən məşhur saytlardan birində də yer alıb: “Təbriz sakinləri Gülü millətçi şüarlarla qarşıladıqları və bununla İrandakı rejimə müxalif olduqlarını bəyan etdikləri halda, nədən Musəvinin çağırışı əsasında deyildiyi gün bizimlə birgə bu rejimə qarşı ayağa qalxmırlar?”
Bu kimi sualların aydın cavabı var. Güneyli fəallar Musəvi və Kərrubinin kreslo (tac o təxt) uğrunda mübarizə apardıqlarını düşünür, onların hakimiyyətə gəldikləri halda dini liderlə dil tapacaqları və heç bir köklü islahat aparmayacaqları, İranda yaşayan xalqların haqlarını tanımayacağı qənaətindədirlər. Güneyli soydaşlarımızın belə düşünmək üçün kifayət qədər əsası var. Nə Musəvi, nə də Kərrubi ötən il prezident seçkisi dövründə keçirdikləri çoxsaylı mitinqlərdə İranda yaşayan azərbaycanlıların haqları mövzusuna toxunmadılar.
Əslində güneyli fəallar azərbaycanlı Musəvini dəstəkləməyi ciddi götür-qoy ediblər və bu məqsədlə prezident seçkisi təbliğatı dövründə onunla görüşmək də istəyiblər. Ancaq Musəvinin Təbrizdəki ofisi güneyli fəalların liderləri ilə görüşdən imtina edib. Ən maraqlısı odur ki, həmin görüşə yollanan güneyli fəalların çoxu bir az sonra həbs olunaraq işgəncə ilə üzləşiblər.
“Yaşıl Hərəkat”ın ideoloqları İran azərbaycanlılarından dəstək umarkən, güneylilər də Musəvi tərəfdarlarına qarşılıqlı sual ünvanlayırlar: “Siz bizdən dəstək gözlədiyiniz halda, nədən biz ayağa qalxanda Siz susursunuz?”. Həqiqətən, bir neçə il öncə İranda çap edilmiş dərgidə azərbaycanlılar təhqiramiz şəkildə təsvir olunanda Təbriz və Ərdəbil qaynayır, Tehran isə susurdu. Elə indinin özündə də Təbriz, Ərdəbil və digər şəhərlərdə güneyli fəallar həbsxanalarda işgəncəyə məruz qalarkən, Musəvi və Kərrubi susmağa üstünlük verir.
Vaxtilə Məhəmməd Xatəmi də Musəvi və Kərrubi kimi islahatçı libasında təqdim olunurdu. Xatəmi 1997-ci ildə islahatçı şüarlarla prezident seçildikdə ondan çox şey gözləyirdilər. Ancaq Xatəmi İran prezidenti olduğu 8 il müddətində ölkəsinə heç bir yenilik gətirmədi - nə vəd edilən islahatlar həyata keçirildi, nə də azərbaycanlıların haqları tanındı. Elə Kərrubi və Musəvi də vaxtilə İranda mühüm vəzifələrdə çalışıb. Birincisi parlamentin sədri, digəri isə dini lider Ayətullah Xomeyninin dövründə baş nazir olub. Hər ikisi hazırki İranın formalaşmasında önəmli rol oynayıblar. İndi isə hər ikisi vaxtilə qulluq etdikləri, özlərinin möhkəmləndirdikləri rejimi dəyişməyə çalışdıqlarını bəyan edirlər.
Musəvi və Kərrubinin İrandakı Azərbaycan türklərinin dəstəyinə arxalanmadan rejimi dəyişməsi çətin olacaq. Bu dəstəyi qazanmaq üçün isə güneyli fəalların liderləri ilə görüşərək fikir mübadiləsi aparmaq və ortaq məxrəcə gəlmək lazımdır. Bu olmadan böyük ehtimalla İran azərbaycanlıları Tehrandakı müxalifətlə birgə hərəkət etməyəcək və doğru bildikləri yolla gedəcəklər.
Elxan Şahinoğlu,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib