SON XƏBƏRLƏR

Ban Ki-Mundan Suriya rəhbərliyinə növbəti xəbərdarlıq

2021.10.20, 07:36
Ban Ki-Mundan Suriya rəhbərliyinə növbəti xəbərdarlıq

Gunaz.tv

GünAz TV: BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Ban Ki-Mun Suriya rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib.

Ban Ki-mun bildirib ki, müxalifət qüvvələrinin olduğu Suriya şəhərlərində ordunun hərbi əməliyyatları davam etdirməsi qoşunların geri çəkilməsi planına ziddir.

BMT-nin baş katibinin sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədin daha əvvəl aprelin 10-da atəşkəs elan ediləcəyinə dair bəyanatı həmin tarixədək törədilən qətllərə görə bəraət qazandırmır. O, Suriya rəhbərliyindən dərhal hərbi əməliyyatları dayandırmağı tələb edib. Xatırladaq ki, BMT və Ərəb Ölkələri Birliyinin xüsusi səfiri, BMT-nin keçmiş baş katibi Kofi Annan Suriya hökumətinin münaqişəyə son qoyulmasına və danışıqlara başlanılmasına dair planı qəbul etməsinə nail olub. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar