SON XƏBƏRLƏR

Suriyada daha 48 nəfər öldürüldü

2021.10.20, 07:36
Suriyada daha 48 nəfər öldürüldü

Gunaz.tv

GünAz TV: Dünən Suriyanın müxtəlif bölgələrində on minlərlə insan Bəşər Əsəd rejiminin istefa verməsi tələbi ilə küçələrə axışıb.

 

Məlumata görə, eyni zamanda ölkədə davam edən zorakılıqlarda əsasən Homs və Aleppoda 48 nəfər həlak olub. Bu barədə ANN.Az “Əl Ərəbiyə”-yə istinadən xəbər yayıb.

 

Yerli Koordinasiya (həmahəngi) Komitəsindəki fəallar təhlükəsizlik qüvvələrinin Dəməşqin şərqindəki Duma, Hama və İdlib şəhərindəki nümayişçilərə güllə atdıqlarını bildirib. Nümayişlər Dera, Qamışlı, Deir-əl Zor vilayətlərində də baş verib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar