SON XƏBƏRLƏR

“The Washington Times” Xocalı soyqırımı haqqında məqalə dərc edib

2021.10.20, 07:36
“The Washington Times” Xocalı soyqırımı haqqında məqalə dərc edib

Gunaz.tv

GünAz TV: “The Washington Times” qəzetində Xocalı soyqırımı haqqında “Xocalı qətliamı hələ də Azərbaycanı təqib edir” adlı məqalə dərc olunub.

Xocalı soyqırımının iyirminci il dönümünə həsr olunan məqalə soyqırım şahidlərinin müsahibələri yer alıb. “Bu, mənim üçün 20 ildir davam edən qorxulu yuxudur və ağrısı heç vaxt məni tərk etməyəcək” – deyə Əlövsət Qasımov bildirib.

Məqalədə köçkün həyatı yaşayan xocalıların ağır həyatına da toxunulub. “Bura mənim torpağım deyil” deyə Xocalıda qardaşlarını itirən 42 yaşlı məktəb direktoru Fiqurə Rüstəmova söyləyib. “Mən bura ilə bağlı deyiləm. Mən Xocalıya qayıtmaq istəyirəm. Öləndə qardaşım Füzuli və valideynlərimin yanında dəfn olunmaq istəyirəm” deyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar