SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan sərhədində namaz qılındı

2021.10.20, 07:36
Türkiyə-Ermənistan sərhədində namaz qılındı

Gunaz.tv

GünAzTv: Bu gün Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) təşəbbüsü ilə Qars vilayətinin Ani adlanan ərazisində tarixi Fəthiyə məscidində cümə namazı qılınıb.

 

GünAzTv mətbuat mərkəzinin "Ans press"-ə istinadən yaydığı məlumata görə, MHP lideri Dövlət Bahçeli Qarsa gəlib, bura onu qarşılamaq üçün 7-8 min insan toplaşıb. Tədbir iştirakçıları buradan birbaşa Ani abidələrinin yerləşdiyi əraziyə yollanıblar və burada cümə namazı qılıblar.

Qeyd edək ki, mərasim üçün Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən icazə alınıb. Fəthiyə məscidi Qarsdan 45 kilometr aralıda Türkiyə-Ermənistan sərhədi yaxınlığındakı Ocaqlı kəndində yerləşir. Məscid əvvəllər kilsə olub. 1064-cü ildə Səlcuq sultanı Alparslan Anidəki kilsədən xaçı endirərək buranı məscidə çevirib. Burada sonuncu dəfə namaz 946 il əvvəl qılınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar