SON XƏBƏRLƏR

Suriya hökuməti sülh planına əməl etmir

2021.10.20, 07:36
Suriya hökuməti sülh planına əməl etmir

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Dəməşqdəki səfiri Robert Ford Suriya ordusunun bəzi ərazilərdən əsgərlərini çıxardığını, digər ərazilərdən çıxarmadığını, sadəcə zirehli maşınların yerini dəyişdirdiyini bildirib.

Təhlükəsizlik məqsədilə Suriyadan çıxarılan səfir bu məlumatları kosmik peyk (fəzayi mahvarə) görüntülərindən əldə etdiyini demişdi.  BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Suriya üzrə nümayəndəsi Kofi Annan Bəşər Əsədin qoşunları hələ tam çəkmədiyini bildirmişdi. Suriya hökümət bəzi şəhər və qəsəbələrdən əsgər və tanklarını çıxardığını iddia etsə də, siyasi fəallar qoşunların geri çəkilmədiyini, döyüşlərin davam etdiyi xəbərini verirlər.

GünAz TV mətbuat mərkəzinin “Azadlıq qəzeti”nə istinadən yaydığı məlumata görə, Suriyanı tənqid edən BMT Baş Katibi Pangimun vəziyyətin getdikcə pişləşdiyini, artıq 1 milyon adamın vətəndaş müharibəsindən əziyyət çəkdiyini bildirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar