SON XƏBƏRLƏR

Azərbaycan Respublikası Amerikaya nota verib

2021.10.20, 07:36
Azərbaycan Respublikası Amerikaya nota verib

Gunaz.tv

GünAzTv: Nota Separatçı Dağlıq Qarabağ rejiminin üzdəniraq parlamentinin rəhbəri Aşot Qulyanın Amerika Konqresində görüşləri ilə bağlı olub.

Notaya cavab olaraq, bir neçə gün sonra ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət Departamenti tərəfindən Azərbaycanın ABŞ-dakı səfirliyinə bildirilib ki, A. Qulyanın səfəri fərdi qaydada – Ermənistan vətəndaşı olaraq, şəxsi səfər kimi həyata keçirilib və bu səfər zamanı o, heç bir rəsmi görüş keçirməyib.

 Separatçı Dağlıq Qarabağ rejiminin üzdəniraq parlamentinin rəhbəri Aşot Qulyanın ABŞ Konqresində görüşləri ilə bağlı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.

XİN mətbuat katibi Elxan Poluxovun verdiyi məlumata görə, görüş zamanı amerikalı diplomata Azərbaycan tərəfinin etiraz notası verilib və bildirilib ki, Azərbaycan tərəfi belə hallar baş verdiyi üçün dərin təəssüfünü və qəti etirazını bildirir. Görüşdə, həmçinin qeyd olunub ki, Azərbaycan mövqeyi prinsipial olaraq qalır: “Belə cəhdlər - işğal olunmuş ərazilərdən hansısa şəxslərin üçüncü ölkələrə səfərinin təşkil edilməsi, xüsusən də, ABŞ-ın həmsədr olduğunu nəzərə alaraq, belə səfərlərin bu ölkəyə təşkil olunması Azərbaycan tərəfinin qəti narazılığı və etirazına səbəb olub. Belə səfərlər ölkələr arasında münasibətlərə kölgə sala bilər”.Notaya cavab olaraq, bir neçə gün sonra ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanın ABŞ-dakı səfirliyinə bildirilib ki, A. Qulyanın səfəri fərdi qaydada – Ermənistan vətəndaşı olaraq, şəxsi səfər kimi həyata keçirilib və bu səfər zamanı o, heç bir rəsmi görüş keçirməyib. ABŞ tərəfi Azərbaycan ərazi bütövlüyünü tanıdığı barədə mövqeyini bir daha təkrarlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar