SON XƏBƏRLƏR

İranın "Səhər" kanalının redaktoru da Azərbaycanda deputat(?) olmaq istəyir

2021.10.20, 07:36
İranın "Səhər" kanalının redaktoru da Azərbaycanda deputat(?) olmaq istəyir

Gunaz.tv

GünAzTv: İranın "Səhər" televiziya kanalının aparıcı redaktoru Rüfət Muradov 59 saylı Salyan seçki dairəsindən öz namizədliyini irəli sürüb.

Seçkilər yaxınlaşdıqca bir-birindən maraqlı və gözlənilməz hadisələrin şahidi oluruq. Namizədlərin sayı artır, bəzi hallarda namizədlər iddiasından imtina edir, seçki dairələri dəyişdirilir, hətta milliyyətcə ermənilərin də Azərbaycanda parlament seçkilərinə qatılmaq istəkləri barədə absurd məlumatlar yayılır.

Yəqin ki, oxucular bugünlərdə vaxtilə Dağlıq Qarabağda yaşamış və hazırda İrəvanda yaşayan bir erməninin Azərbaycan Milli Məclisinə seçkilərdə öz namizədliyini irəli sürmək barədə məlumatı xatırlayır. Dünən Bakı-xəbər qəzetinin redaksiyasına bir maraqlı məlumat  daxil olub. İranın "Səhər" televiziya kanalının aparıcı redaktoru Rüfət Muradov 59 saylı Salyan seçki dairəsindən öz namizədliyini irəli sürüb. Fakt redaksiya tərəfindən dəqiqləşdirilib. Azərbaycan demokratik respublika olduğu üçün burada hər kəsin seçkilərdə, digər mühüm siyasi kampaniyalarda iştirak edib-etməməsi qanunla tənzimlənir və burada heç bir süni, qərəzli maneədən söhbət gedə bilməz. Ancaq Rüfət Muradovla bağlı məsələnin həm siyasi, həm də hüquqi tərəfləri var. Bu ondan ibarətdir ki, Rüfət Muradovun redaktorluq etdiyi "Səhər" kanalı Azərbaycanda çox yaxşı tanınır.    Bu kanal, artıq neçə illərdir ki, Azərbaycan xalqının tarixini, milli-mənəvi dəyərlərini, birliyini aşağılayan, ərazi bütövlüyümüzü şübhə altına alan, milli-dini ayrıseçkilik toxumu səpməyə çalışan ifrat verilişlərilə efiri səxavətlə doldurur. Məhz bu televiziyanın aparıcı redaktoru indi Azərbaycan dövlətinin mühüm dövlət strukturlarından biri olan parlamentdə təmsil olunmaq istəyir. Onu da əlavə edək ki, R.Muradov artıq 10 ildir ki, İranda yaşayıb-işləyir. Onun 10 il İranda yaşaması, həmin ölkədə xarici vətəndaş olaraq qeydiyyatla bağlı müəyyən öhdəliklər altında olması, televiziyada redaktorluq müqabilində aldığı maaşdan ödənişlər formasında müəyyən vergi öhdəliklərinin olması, habelə həmin ölkənin ərazisini müəyyən müddətdən artıq tərk etməmək barədə öhdəlik, başqa hüquqi və siyasi dəlillər barədə güman etməyə ciddi əsaslar var. Məlumdur ki, Azərbaycan Seçki Məcəlləsinin 13.3.4-cü maddəsinə görə, belə şəxslərin passiv və aktiv seçki hüququ yoxdur. Yəni belə şəxslər nə namizəd, nə də seçici kimi parlament seçkilərinə qatıla bilər.    O zaman maraqlıdır, sözügedən redaktor nəyə əsasən belə bir iddiada bulunur?

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar