SON XƏBƏRLƏR

Qərb-dən İrana qarşı yeni sanksiyalar dalğası…

2021.10.20, 07:36
Qərb-dən İrana qarşı yeni sanksiyalar dalğası…

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) İsveçrədə fəaliyyət göstərən İran neft və qaz şirkətinə sanksiya tədbiq edib.

 

GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə,  İran Milli Neft Şirkətinin tərəfdaşı olan “Naftiran” şirkətinin adı rəsmi Tehrana nüvə proqramına görə təzyiq etməyi qarşısına məqsəd qoyan ABŞ-ın “qara siyahı”sına salınıb.

 

Eyni zamanda Avropa ölkələrinə məxsus 4 beynəlxalq şirkətin İranın enerji sektoruna investisiya qoymağı qadağan edən qərar qəbul edilib. Bunlar Fransanın “Total”, Norveçin “Statoil”, İtalyanın ENİ və İngiltərə ilə Hollandiyanın birgə şirkəti olan “Royal Dutch Shell” şirkətləridir.

 

İran Xarici İşlər Nazirliyi isə Tehrandakı İsveçrə səfirini Nazirliyə çağıraraq ABŞ-ın qəbul etdiyi sanksiyalara etirazını bildirib. Etirazda ABŞ hökumətinin bu addımı İranın daxili işlərinə açıq bir müdaxilə olduğu, bunun insan haqları anlayışından siyasi məqsədlərlə istifadə olunduğu anlamına gəldiyi bildirilib. Qeyd edək ki, İran ilə ABŞ arasında diplomatik əlaqələr olmadığından ABŞ-ın İrandakı maraqları İsveçrə səfirliyi tərəfindən qorunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar