SON XƏBƏRLƏR

Medvedev İrana qarşı sanksiyaların əhatə dairəsini genişləndirdi

2021.10.20, 07:36
Medvedev İrana qarşı sanksiyaların əhatə dairəsini genişləndirdi

Gunaz.tv

GünAzTv: Medvedev ölkəsində İran üçün uranla bağlı bütün növ kommersiya fəaliyyətini qadağan etdi.

Rusiya prezidenti Dmitri Medvedyev Rusiya ərazisində İran üçün uran hasilatı, nüvə materialları və texnologiyaları istehsalı və ya istifadəsinə aid istənilən növ kommersiya fəaliyyətinə qadağa qoyub. Bununla bağlı Rusiya prezidenti fərman imzalayıb.Kremlin bu qərarı BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları ilə əlaqədardır. Rusiya prezidenti Dmitri Medvedyev sentyabrın 22-də fərman imzalayaraq İrana zenit-raket kompleksləri, iriçaplı artilleriya sistemləri, zirehli texnika, hərbi təyyarə, vertolyot və gəmilər satılmasını yasaqlamışdı. Həmin fərmanla İrana Rusiyadan keçirməklə silah daşımaq da qadağan olunub.BMT Təhlükəsizlik Şurasının 2010-cu il iyunun 9-da İrana tətbiq etdiyi sanksiyalarla bağlı Moskva Tehrana başqa yasaqlar da qoyub. İranın nüvə proqramına aidiyyəti olan rəsmilərdən Abbas Rza Aştiyaninin (İran Atom Enerjisi Təşkilatının rəhbərlərindən biridir), Məhəmməd İslaminin (İran Müdafiə Sənayesi Elmi-Tədqiqat İnstitutunun rəhbəri) və briqada generalı Məhəmməd Rza Nəqdinin Rusiyaya girişi qadağan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar