SON XƏBƏRLƏR

Azərbaycanlı Məhbus xanım Zəhra Fərəczadədən yeni xəbər

2021.10.20, 07:36
Azərbaycanlı Məhbus xanım Zəhra Fərəczadədən yeni xəbər

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəal xanım Zəhra Fərəczadə (Sona) dünən 2010-cu il sentyabr ayının 29-da (Mehr ayının 7-i) Təbriz zindanının ümumi bölməsinə (Bənd) köçürülüb.

 

Adını çəkdiyimiz milli-mədəni fəalın ailəsi onunla yeni köçürüldüyü yerdə qısaca görüşə biliblər. Onların sözlərinə görə, xanım Fərəczadə fiziki və cismi baxımından zəif düşüb, ancaq onun ruhi  vəziyyətinin yaxşı olduğu bildirilir.

 

Qeyd edək ki, Hazırda həbsdə saxlanılan tanınmış milli-mədəni fəal cənab Ayət Mehrəlibəylinin həyat yoldaşı  (Yürüş) xanım fərəczadə 2010-cu il iyun ayının 19-da (xordadın 29-u) Təbriz İnqilab məhkəməsinə müraciət edərək, həyat yoldaşı ilə telefon əlaqəsı saxlamaqla bağlı icazə istəmişdi. O məhz bu müraciət zamanı tutuqlanıb və həbs olundu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar