SON XƏBƏRLƏR

Təbriz universitetinin bir qrup fəal öyrəncisinin “Milli SİMGƏ” haqqında Bəyanatı

2021.10.20, 07:36
Təbriz universitetinin bir qrup fəal öyrəncisinin “Milli SİMGƏ” haqqında Bəyanatı

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Təbriz şəhəri universitetinin bir qrup öyrəncisi Bəyanat yayaraq son günlərdə qəbul edilən “Milli SİMGƏ”-ni dəstəkləyiblər.

 

Bəyanatda belə qeyd olunur: “Hər millətinin tarixi və onun keçdiyi zaman və məkan şəraitini nəzərə alaraq, öz çəvrəsi ilə bağlı ortaq dərk və anlayış yaranması təbii haldır. O ortaq dərk millətin dil və mifləri ilə bağlı əlamətlərin ortalığa çıxmasına səbəb olur.

 

Qırmızı rəngin Azərbaycan Milli Hərəkatının əlaməti olması barədə gedən bəhslər perspektivli hesab olunur. Ona görə ki, Azərbaycan türk millətinin yaşadığı mühit və ona hakim olan düşüncə tərzindən irəli gələn ortaq dərk (Şamanizm, Babək Xürrəmdin Hərəkatı, Qızılbaşlar və …) Azərbaycan türk milləti üçün Qırmızı Rəngin əlamət kimi görtürülməsinə əsas yaradır.

 

Həmçinin ortaq Simgə bütün Milli Hərəkatı qapsamaq və onun bütün üzvlərinin arasında vəhdət yaratmaq nöqteyi-nəzərindən də mühümdür.

Biz bir qrup Təbriz universiotetinin fəal öyrənciləri bu hadisəni müsbət addım hesab edirik. Ancaq biz sözü gedən Qırmızı rəngi bayraq kimi deyil, yalnız Milli Simgə kimi başa düşüb və dəstəkləyirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar