SON XƏBƏRLƏR

Əhmədinejad yenədə asıb-kəsir

2021.10.20, 07:36
Əhmədinejad yenədə asıb-kəsir

Gunaz.tv

GünAzTv: Sentyabrın 29-da ölkənin müxtəlif şəhərlərinin cümə namazı rəhbərləri ilə görüşən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Nyu-Yorka səfərindən danışıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, Əhmədinejad Nyu-Yorkda ABŞ (Amerika Birləşmiş Ştatları) mediasına verdiyi müsahibələrini müharibəyə bənzədib: “Bu müsahibələr əslində gerçək bir müharibə idi. ABŞ-da medianın azad olması ilə bağlı bütün iddialara baxmayaraq onlar ABŞ rəsmilərinin dilindən danışır, onları təmsil edirdilər”.

 

Əhmədinejad Qərbin qoyduğu sanksiyaların İrana təsir etdiyi barədə təbliğatı pisləyib: “Düşmənlər deyirdilər ki, sanksiyalar iki ilə qədər təsir göstərməsə, İrana hücum etmək lazımdır. Nyu-York səfərində də onlar mediada tez-tez bu məsələni qabardır, İranı ruhdan düşmüş bir ölkə kimi qələmə verməyə çalışırdılar. Lakin mən bildirirəm ki, bu sanksiyalar İran xalqına heç bir təsir etməyib. Elə buna görə də iki ildən sonra edəcəyiniz qələti gəlin indi edin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar