SON XƏBƏRLƏR

Avropanı etiraz dalğaları bürüyüb

2021.10.20, 07:36
Avropanı etiraz dalğaları bürüyüb

Gunaz.tv

GünAzTv: Bir neçə Avropa ölkəsinin milli borcları azaltmaq məqsədilə iqtisadiyyatda həyata keçirmək istədiyi sərt tədbirlərə etiraz olaraq dünən on minlərlə insan Brüsseldə nümayiş keçirib.

 

Avropa Birliyinin paytaxtına 100 mindən çox insanın toplaşacağı gözlənilir. Bu, quruma üzv 27 dövlət defisitə son qoymaq məqsədi ilə hazırladığı planı müzakirə etdiyi vaxt baş verir. Bir neçə Avropa dövlətinin əmək haqları, təqaüdlər və iş yerlərini ixtisar etməyə məcbur olması son aylar etiraz nümayişlərinə gətirib çıxarıb.  

 

Ən böyük etiraz nümayişləri dünən İspaniyada keçirilib. Orada həmkarlar ittifaqları səkkiz ildən bəri ilk dəfə olaraq iş yerlərində  tətil elan edib. Hökumət xərclərinin azaldılması məqsədilə nümayişlər Yunanıstan, İrlandiya, Latviya və Serbiyada da planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar