SON XƏBƏRLƏR

Rəsmi Bakı İranla viza rejiminin ləğv edilməməsinin səbəbini açıqlayıb

2021.10.20, 07:36
Rəsmi Bakı İranla viza rejiminin ləğv edilməməsinin səbəbini açıqlayıb

Gunaz.tv

GünAzTv: Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, səbəb ölkəmizin Ermənistanla müharibə şəraitində olmasıdır.

Şərqi Azərbaycan vilayətinin başçısı Əhməd Əlirza Beygi Təbrizdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.Görüşdə ikitərəfli mədəni, elmi, turizm və digər sahələrdə əməkdaşlıq barədə müxtəlif məsələlər müzakirə edilib. Əhməd Əlirza Beygi bildirib ki, Azərbaycanı dost və qardaş ölkə hesab edir: "Bizim xalqlarımızın xüsusiyyəti və davranışları eynidir, demək olar ki fərqli xüsusiyyətlərə malik deyilik. Bunun üçün də Azərbaycan ilə əməkdaşlıq bizim üçün zəruridir".

O bildirib ki, Azərbaycan da İran kimi viza rejimini aradan qaldırsa, yaxşı olar: "Bakı-Təbriz-Məşhəd təyyarə reysinin açılması və bu barədə olan məsələlər bizim tərəfimizdən öz həllini tapıb. Biz Azərbaycan tərəfinin addım atmasını gözləyirik".

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev hər iki ölkənin xalqlarının mədəni və tarixi əlaqələrinin doğma və dərin olduğunu bildirib: "Hər iki ölkənin şairləri həm Azərbaycan dilində, həm də fars dilində şerlər yazıblar. Bunlardan Xaqani, Nizami və Şəhriyarı misal göstərmək olar".

 

Ötən il Azərbaycana 2 milyon turistin gəldiyini deyən Əbülfəs Qarayev onların 350 min nəfərini İran vətəndaşlarının təşkil etdiyini bildirib: "Bizim əlaqələrimiz yaxşıdır, amma bu əlaqələri yüksək səviyyəyə çatdırmalıyıq. İran vətəndaşları üçün viza rejimini ləğv etməməyimizin səbəbi ölkəmizin Ermənistanla müharibə şəraitində olmasıdır. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapdıqdan sonra ilk olaraq İran vətəndaşları üçün viza rejimini ləğv edəcəyik".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar