SON XƏBƏRLƏR

PKK-nı dəstəkləyən kürd kökənli siyasətçi həbs edildi

2021.10.20, 07:36
PKK-nı dəstəkləyən kürd kökənli siyasətçi həbs edildi

Gunaz.tv

GünAzTv: TÜRKİYƏDƏ PKK terror təşkilatının siyasi cinahı hesab olunan Sülh və Demokratiya Partiyasının (BDP) sədri azadlıqdan məhrum edilib.

 

"CNN-Türk" xəbər verir ki, partiyanın sədri Səlahəddin Dəmirtaş PKK terror təşkilatını təbliğ etməkdə təqsirli bilinib. Diyarbəkir 5-ci Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə BDP sədri 10 il müddətinə azadlıqdan məhrum olunub.

 

Qeyd edək ki, BDP PKK-nın siyasi qanadı sayılır. Bu partiya açıq şəkildə terror təşkilatının fəaliyyətinə haqq qazandırır. Abdulla Öcalanı isə özlərinin lideri hesab edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar