SON XƏBƏRLƏR

İran rəsmisindən etiraf: “Tehran nüvə bombası düzəldə bilər”

2021.10.20, 07:36
İran rəsmisindən etiraf: “Tehran nüvə bombası düzəldə bilər”

Gunaz.tv

GünAz TV: Nüvə silahı düzəltmək üçün İranın kifayət qədər elmi imkanı var. Bunu iranlı millət vəkili Qulamreza Mesbahi Moqəddəm bildirib.

 

O qeyd edib ki, İran nüvə silahının istehsalında istifadə olunan zənginləşdirilmiş uranı çox asanlıqla alır, amma bu yol tamamilə İranın maraqlarına ziddir.

 

«Associated Press» agentliyi yazır ki, Moqəddəm İranın nüvə silahı texnologiyasına malik olduğunu etiraf edən ilk məmurdur.

 

Qeyd edək ki, Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran isə  ittihamı rədd edir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar