SON XƏBƏRLƏR

Əhmədineajada qarşı 170 deputat tərəfindən Etiraz Bəyanatı qəbul edilib

2021.10.20, 07:36
Əhmədineajada qarşı 170 deputat tərəfindən Etiraz Bəyanatı qəbul edilib

Gunaz.tv

GünAzTv: İran parlamentinin 170 deputatı sentyabrın 28-də prezident Mahmud Əhmədinejada etiraz olaraq bəyanat qəbul edib.

Bir həftə əvvəl Nyu-Yorka səfəri ərəfəsində jurnalistlərlə görüşən Əhmədinejad icra hakimiyyətinin ölkədə ən yüksək dövlət orqanı olduğunu demişdi. O bildirmişdi ki, parlamentin ən ali orqan sayılması dövrü artıq geridə qalıb: “Hazırda ölkənin əhəmiyyət baxımından birinci orqanı icraedici hakimiyyətdir”.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, mətni parlamentdə oxunan bəyanatda deputatlar Əhmədinejadı ölkə konstitusiyasını təhrif etməkdə, İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin və hazırkı dini rəhbər ayətullah Xamneyinin mövqeyinə zidd davranmaqda günahlandırıblar: “Siz konstitusiyaya, eləcə də ayətullah Xomeyninin və dini rəhbərin bəyanatlarına zidd olaraq ölkə gənclərinin qanı və İran xalqının “Allahu-əkbər” şüarı bahasına qurulmuş parlamentin imicinə xələl gətirmisiniz. Bu isə parlamentin zəifləməsinə yönələn bir hərəkətdir”.

Etiraz bəyanatında daha sonra bildirilir: “Xalqın ölkə prezidentindən və digər rəsmilərdən gözlədiyi odur ki, onlar ayrı-ayrı orqanların işinə qarışmaqla yox, ölkənin əsas problemləri olan işsiz gənclərin işlə təmin edilməsi, inflyasiya və bahalığın qarşısının alınması, əmtəə qaçaqmalçılığının aradan qaldırılması, daxili istehsala dəstək verilməsi, ictimai və iqtisadi fəsadların önlənməsi ilə məşğul olsunlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar