SON XƏBƏRLƏR

İranda bloqçuya ağır həbs cəzası verildi

2021.10.20, 07:36
İranda bloqçuya ağır həbs cəzası verildi

Gunaz.tv

GünAzTv: İnsan haqları qrupları və Məşreq İnternet səhifəsi bildirir ki, İran rəsmiləri Tehranda internetdə blogger hərəkatı yaradan Kanadalı iranlını 19 il həbs cəzasına məhkum edilib.

 

İnsan Hüquqlarına dair Beynəlxalq kampaniya və Məşreq xəbər agentliyinin verdiyi məlumata görə, Hüseyn Derəxşana təbliğat yaymaq və düşmən ölkələrlə əməkdaşlıq etməkdə ittiham ilə 19 il həbs cəzası verilib.

 

Bu ayın əvvəli Derəxşanın ailəsi onun İsrailin xeyrinə casusluq etmək də daxil olmaqla, bir sıra ittihamlarla ölüm cəzasına məhkum edildiyini bildirmişdi.

Derəxşan fars dilində yaratdığı ilk blogda İranın siyasi və dini rəhbərliyini tənqid edərək, demokratik islahatlara dəstəyini bildirmişdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar