SON XƏBƏRLƏR

Milli-mədəni fəal Mustafa Əvəzpur hökmünün icrası üçün Məhkəməyə çağrılıb

2021.10.20, 07:36
Milli-mədəni fəal Mustafa Əvəzpur hökmünün icrası üçün Məhkəməyə çağrılıb

Gunaz.tv

GünAzTv: Cənab Mustafa Əvəzpur 2006-cı ilin Aprel ayında tutuqlanıb. O 6 ay həbs cəzasına məhkum edilib.

 

Azərbaycanlı milli-mədəni fəal, Təbriz Azad universitetinin "Arman" icmasının sabiq üzvü cənab Mustafa Əvəzpur, haqqında çıxarılan həbs cəzasının icrası üçün Təbriz Məhkəməsinin nəzdində fəaliyyət göstərən  Hökmlərin icrası bölməsinə çağrılıb.

 

Cənab Əvəzpur 2006-cı ilin Aprel ayında tutuqlanıb. O 6 ay həbs cəzasına məhkum edilib.

 

Məhkəmənin çağrış məktubu 2010-cu il sentyabr ayının 16-da (Şəhrivərin 25-i) cənab Əvəzpura elan edilib. O 20 gün ərzində hökmünün icrası üçün adını çəkdiyimiz məhkəməyə müraciət etməlidir.

 

Milli-mədəni fəal cənab M. Əvəzpur 2006-cı il aprel ayının 6-ı (1385-ci il fərvərdin ayının 17-i) Təbriz şəhərində öz ata evində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən yaxalanıb və 46 gün həbsdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi adını çəkdiyimiz milli-mədəni fəalı sözdə pantürkist qrupda üzv olmaq və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il həbs cəzasına məhkum etmişdi. Ancaq çıxarılan hökm Apelyasiya Məhkəməsi (Dadqahe təcdide nəzər) tərəfindən yüngülləşdirilib və 6 ay müddətinə azaldılıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncədə dəfələrlə yaxalanıb və mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar