SON XƏBƏRLƏR

CHP: "TÜRKİYƏ AMERİKANIN TƏLƏSİNƏ DÜŞMƏMƏLİDİR"

2021.10.20, 07:36
CHP: "TÜRKİYƏ AMERİKANIN TƏLƏSİNƏ DÜŞMƏMƏLİDİR"

Gunaz.tv

CHP: "TÜRKİYƏ AMERİKANIN TƏLƏSİNƏ DÜŞMƏMƏLİDİR" 

GünazTV:Türkiyəni İran ətrafında qurulumuş oyuna daxil etmək istəyirlər.  Türkiyə ana müxalifət partiyası CHP-nin millət vəkili Faruk Loğoğlu və Osman Korutürk, Türkiyə - İran əlaqələrini xarakterizə ediblər.

Parlament binasında keçirilən mətbuat konfransında danışan Loğoğlu bildirib ki, Avropa Birliyi və ABŞ-ın Türkiyə ilə İranı qarşı-qarşıya qoymaq istəyir. Bu tələyə düşməməliyik.  İran dostluğu mühüm əhəmiyyət daşıyır. Bu cür gedişat səhv və təhlükəlidir.

 

Prezident Abdullah Gülün Hərb Akademiyada "Suriya və İranda baş verənləri kənardan izləmək fikirimiz yoxdur" sözlərinə münasibət bildirən Loğoğlu, "Bu cür çağırışların müharibə xəbərdarlığı olduğunu düşünmək belə istəmirəm", - deyib.CHP-li millət vəkilləri, Suriya sərhədində bufer zonası yaradılmasının səhv addım olduğunu bildiriblər.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar