Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
GünAzTv: "Gürcüstanı ağıllandırmağa" hazırlaşan Cavaxetiya erməniləri bölgədə "ikini Qarabağ münaqişəsi" yaratmaq ərəfəsindədirlər.
Dağlıq Qarabağ və ətraf rayonları işğal edərək oranı bölgə xəritəsində "idarəolunmaz qara ləkə"yə çevirən Ermənistan qonşu Gürcüstanda da təxminən eyni ssenarini həyata keçirmək istəyir.Yeganə fərq odur ki, ermənilər Gürcüstanın rayonlarını aşkar işğal etmək niyyətində deyillər. Hər halda, zahirən belə görünür.Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində yaşanan hadisələr isə göstərir ki, Tiflis olaylara müdaxilə etməsə, Cənubi Qafqazda yeni münaqişə ocağı yaranacaq.Ermənilər Cavaxetiyanı tələb edir: daşnaklar plakat yazıbBu gün - sentyabrın 28-də İrəvanda Erməni İnqilabi Federasiyası - Daşnaksutyun etiraz aksiyası keçirməyə hazırlaşır. Aksiya iştirakçıları Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki ermənilərin hüquqlarının müdafiəsini və qorunmasını tələb edəcəklər. Daşnaklar Gürcüstanın İrəvandakı səfirliyinin binasına doğru yürüş edəcək, orada kiçik mitinq keçirərək "Cavax" adlandırdıqları Samtsxe-Cavaxetiyadakı ermənilərinin "hüquqları uğrunda" mübarizə apardıqlarını söyləyərək "alovlu" çıxışlarda bulunacaqlar.Daşnaksutyunun Gənclər Təşkilatı aksiya iloə bağlı plakatlar da hazırlayıb. Plakatlara "Cavax!", "Cavaxa muxtariyyət!", "Cavaxda erməni dilinə regional dil statusu verilsin!" və "Gürcüstanı ağıllandırmağın vaxtı çatıb!" yazılıb."Səbr kasamız artıq dolub. Bu gün bizi Gürcüstanda ikinci Dağlıq Qarabağ yaratmaq cəhdlərində suçlayırlar. Bəs yaxşı, Gürcüstanın özündə osetin və abxaz cəbhələri yoxdurmu?! Qarabağ məsələsini atalarımız həll etdilər. Gürcüstanın hakimiyyət dairələrinin indiki siyasətinin davam edəcəyi təqdirdə isə Cavax problemini biz həll edəcəyik", - təşkilatın funksioneri Edqar Manulyan söyləyib.Ermənistandakı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın qənaətinə görə, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki ermənilərin tələbləri təmin edilməzsə, Tiflis gerçəkdən də ikinci Dağlıq Qarabağla qarşılaşa bilər. "Rəsmi Tiflis, deyəsən, unudur ki, milli azlıqların problemlərini həll etməsə kiçik müşküllər sonradan onun qarşılaşacağı böyük bəlaya dönə bilər. Gürcü məmurlar və dövlət mənsubları Samtsxe-Cavaxetiyadakı ermənilərin problemlərini görməzdən gəlmək üçün əllərindən gələni edirlər. Belə situasiya isə çox davam edə bilməz", - S.Minasyan bildirib. İllər əvvəl başlanan məkrMüşahidəçilər hesab edirlər ki, ermənilərin gürcüləri "ikinci Dağlıq Qarabağ"la hədələmələri təsadüfi deyil. Gürcüstan Siyasi Tədqiqatlar Mərkəzinin direktor müavini Vaxtanq Merabaşvili Milli.Az portalının əməkdaşına müsahibəsində bildirdi ki, Samtsxe-Cavaxetiyadakı ermənilərin "problemləri" məsələsi İrəvandakı hakimiyyət dairələri tərəfindən süni şişirdilərək Tiflisə təzyiq vasitəsi sayılır. "Ermənilər artıq neçə ildir ki, Samtsxe-Cavaxetiyada kompakt yaşayan soydaşlarına erməni dilindən regional dil qismində istifadə etmələrinə şərait yaradılmasını tələb edirlər. Bu tələblərin arxasında nələrin durduğunu biz də anlayırıq. Yalnız ona təəssüflənirik ki, Rusiyanın təzyiq alətinə çevrilmiş Ermənistan hakimiyyəti və ölkədəki siyasi təşkilatlar qonşularına qarşı belə siyasət yürüdür, hansısa dividentlər əldə edə biləcəklərini düşünürlər", - V.Merabişvili dedi. Onun sözlərinə görə, əslində regional dil statusunu tələb etməkdə Gürcüstandakı azərbaycanlılar daha çox imkan və hüquqlara malikdir. Çünki Avropa Şurasının milli azlıqların hüquqları və regional dillərin müdafiəsi konvensiyalarına görə, ölkə əhalisinin 20%-ni təşkil edən milli azlıq doğma dilindən təhsil və məhkəmə proseslərində istifadə edə bilər. Merabişvili haqlıdır: Gürcüstandakı soydaşlarımız oradakı ermənilərdən sayca 3-4 dəfə artıq olsalar da, hüquqlarının təminatı və tələblər baxımından qayət laqeydliklə passivlik nümayiş etdirir. Ermənilər Samtsxe-Cavaxetiyadakı fəaliyyətlərini daha da aktivləşdirməklə yanaşı, soydaşlarımızın yaşadıqları bölgələrə də əl uzadacaqlar. Bunu onların özləri də deyirlər. Belə ki, Samtsxe-Cavaxetiyadakı hayların "Virk" təşkilatının sədr müavini Vahan Minasyan "Kvemo-Kartlidəki qədim erməni məskənləri" adlı toplantı keçiriləcəyini bildirib. Nə "təsadüf"dürsə həmin "qədim məskən"lər azərbaycanlıların kəndlərinin olduğu ərazilərdir. Tiflis niyə çəkinir?Gürcüstan prezidenti Mixail Saakaşkvilinin milli məsələlər üzrə müşaviri, erməni Van Bayburtun dediyinə görə, hazırda ölkədəki bəzi radikal və hətta ekstremist qüvvələr ermənilərlə gürcüləri qarşı-qarşıya qoymağa, münaqişə yaratmağa çalışırlar."Bu insanlar Gürcüstanın əzəli ərazisi olan Samstxe-Cavaxetiyanın adını dəyişməklə yanaşı, tarix və coğrafiyanı da saxtalaşdırmağa çalışırlar. Belə söz birləşməsindən yalnız bir təşkilat - "Birləşmiş Cavax" istifadə edir. Həmin təşkilatı isə Rusiya maliyyələşdirdiyindən bəzi adamların kimə və nəyə qulluq etdiyi gün kimi aydındır", - Van Bayburtyan dedi.O, daha sonra bildirib ki, Gürcüstanda yaşayan ermənilərlə yerli əhali arasında heç bir qarşıdurma yoxdur. "Salkaya gəldikdə isə, bu bölgəyə Ermənistanın ərazi iddiaları ilə çıxış edə biləcəyini istisna edirəm. Ermənistan rəhbərliyi bölgədə yaşanan situasiyanı əla anlayır və buna görə də bəhs etdiyimiz problemin heç vaxt aktual olmadığını deməyə cürət edirəm", - V.Bayrut bildirib. Mixail Saakaşvilinin müşaviri bir qədər qeyri-dəqiqdir. Daha doğrusu, həmişəki kimi, ölkədəki soydaşlarının əməllərini ört-basdır etməyə çalışır.Çünki Samtsxe-Cavaxetiyada vəziyyəti gərginləşdirəyə çalışanlar Gürcüstan prezidentinin milli məsələlər üzrə müşaviri Van Bayburtun, daha doğrusu Bayburtyanın əla bələd olduğu və şəxsən tanıdığı "Virk" Partiyasının rəhbərliyidir. Samstxe-Cavaxetiyada "fəaliyyət" göstərən və bu bölgə üçün ən geniş səlahiyyətlərə malik muxtariyyət tələb edən "Virk" Partiyası Gürcüstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsə də, geniş fəaliyyət göstərir. Maraqlı da odur ki, rəsmi Tiflis Ermənistanla münasibətləri korlamamaq üçün Cavaxetiyadakı ermənilərin aşkar separatçı hərəkatları və qruplaşmalarını zərərsizləşdirmir, onların ərazi iddialarına çevriləcək tələblərinin qarşısını almır. Bundan başqa, ermənilər neçə illərdir ki, oradakı soydaşlarımıza hücumlar edir, təqiblərə yol verirlər. Məqsədləri məlumdur: azərbaycanlıları qorxudaraq bölgədən çıxmağa vadar etmək. Uduzan Ermənistan olacaq"Ermənistanla Gürcüstan rəhbərliyi dost və qardaş ölkələr olduqlarını usanmadan bəyan edirlər. Halbuki bu dövlətlərin münasibətlərində yalnız zahiri görüntüyə hesablanmış ünsürlər həddən ziyadədi". Ermənistan parlamentinin deputatı, "Cavax" Yerlilər İttifaqının sədri Şirak Torosyan iddia edir ki, Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsindəki ermənilərin hüquqları "mütəmadi pozulur və onların problemləri bitib-tükənmək bilmir". "Həmin problemlər arasında ən ciddiləri isə erməni dili, Erməni Apostol Kilsəsinin oradakı statusu, erməni siyasi fəalların təqiblərinə son qoyulması, habelə ermənilərin Gürcüstan-Ermənistan sərhədindəki nəzarət-buraxılış məntəqələrindən rahat keçidinin təminatıdır", - Torosyan deyib. Daha sonra isə o, rəsmi Tiflisi hədələyib: "Gürcüstanın hakimiyyət dairələrinin ölkədəki ermənilərlə bağlı yaramaz siyasəti və Cavaxdakı soydaşlarımıza təzyiqlər davam edərsə, günlərin birində həmin bölgə partlayan ikinci Qarabağ olacaq". Onun sözlərinə görə, "Cavax" erməniləri muxtariyyət tələbi ilı çıxış etməyə çox yaxındır. Mərkəzi Axalkalaki şəhəri olan Samstxe-Cavaxetiya bölgəsində kompakt yaşayan haylar həmin ərazini "qədim erməni torpaqları" elan ediblər. Onlar "Cavax" adlandırdıqları bölgəyə hələlik mədəni muxtariyyət verilməsini, Ermənistanla heç bir maneə olmadan gediş-gəlişin təminatını tələb edirlər. Eyni zamanda, onlar Gürcüstanda yaşayan azərbaycanlılara qarşı da sürəkli təxribatları reallaşdırırlar. Ermənistandakı "Cavax"la bahəm, Samstxe-Cavaxetiyadakı ermənilərin "Virk" hərəkatı Kvemo-Kartlidəki azərbaycanlılara "qədərindən artıq güzəştlər" edildiyini vurğulayır, ermənilərin bu bölgədə də bizneslə məşğul olmaları, habelə daşınmaz əmlak və torpaq sahələri almaları üçün tam şərait yaradılmasını tələb edirlər.Həqiqət isə budur ki, rəsmi İrəvan ermənilərin kompakt məskunlaşdığı Samtsxe-Cavaxetiya bölgəsində vəziyyəti gərginləşdirərsə və orada separatçılığın alovlanaraq "muxtariyyət" tələbləri ilə qarşıdurmalara səbəb olmasına gətirən çıxaran hadisələrə rəvac verərsə - bütün bunlar Ermənistana çox ağır siyasi və iqtisadi zərbələrlə nəticələnəcək.Tiflisdəki Siyasi Araşdırmalar Fondunun eksperti Nino Qaprindaşvili bildirdi ki, Ermənistanın hazırda Cənubi Qafqazda normal münasibətlərə malik olduğu yeganə ölkə Gürcüstandır."Əgər ermənilər Cənubi Osetiya və Abxaziyanın presedentlərindən ruhlanaraq Samtsxe-Cavaxetiyada da eyni oyunu təkrarlamaq fikrinə düşsələr, cavabımız çox sərt ola bilər. Rusiya da ermənilərə yardım edən deyil və belədə, Ermənistan onu Avropa, habelə dünya bazarları ilə bağlayan, elə həmin Rusiyadan hər şeyi idxal etdiyi kommunikasiya və yolları itirə bilər. Ermənistan rəhbərliyinə bütün bunların gərəkli olduğunu zənn etmirəm. Cavaxetiyadakı ermənilərin separatçılığa baş vurmaları Ermənistanla münasibətləri hədsiz dərəxcədə pisləşdirməklə yanaşı, bu ölkənin bölgdəki durumuna da pis təsir edəcək. Ona görə də Ermənistandakı müvafiq dövlət qurumların ölkədəki bəzi qüvvələrin Cavaxetiyadakı erməniləri separatçılığa sövq etməyə yönəlmiş səylərinə son qoymalı, bu istiqamətdəki dağıdıcı fəaliyyəti dayandırmalıdır. Ermənistan onu da anlamalıdır ki, biz Cavaxetiyada vəziyyətin ifrat dərəcədə gərginləşməsinə imkan verməyəcəyik", - N.Qaprindaşvili söylədi.O, hesab edir ki, Cavaxetiyada durum ifrat dərəcədə ekstremallaşmayacaq və Gürcüstanda yeni separatçılıq məkanın yaranmasına Qərb də imkan verməyəcək.
Politoloq Revaz Ananiya isə Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində Cavaxetiyadakı ermənilərin separatçılığa sövq edilməsində Ermənistanın kütləvi informasiya vasitələrinin müstəsna "əməyinin" olduğunu vurğuladı."Ermənistandakı qəzetlərin demək olar ki, hamısında Samtsxe-Cavaxetiyanın adı erməni versiyası ilə "Cavax" yazılır. Qəzetlərdə guya Cavaxetiya ermənilərinin "hüquqlarının daima və kobud şəkildə pozulması"ndan bəhs olunur, Gürcüstana sürəkli böhtanlar atılır. Ermənistan KİV-i Cavaxetiyanı yeni münaqişə ocağına döndərmək üçün əlindən gələni edir. Onlar nəyin bahasına olursa-olsun Cavaxetiyanın ikinci Dağlıq Qarabağa dönməsinə, "ən yaxşı hal"da isə Gürcüstandan ayrılaraq Ermənistana birləşməsinə çalışırlar", - R.Ananiya dedi.Rusiyaya gəldikdə isə, Moskva yaranmış situasiyada bir qədər ehtiyatlı davranmağa üstünlük verir.Politoloq Andrey Quryev hesab edir ki, Ermənistandakı qüvvələr, xüsusilə də Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Cavaxetiyadakı ermənilərlə bağlı səylərinin intensivliyinin azalmadığını nəzərə alsaq, onların tələbləri məlumdur: "Cavaxetiyadakı erməniləri Gürcüstandan ayrılmağa sövq etmək istəyirlər və bu istiqamətdə Ermənistandakı kütləvi informasiya vasitələri, siyasii qurumlar və ictimai təşkilatların oynadığı rol müstəsnadır. Yaxın vaxtlarda Cavaxetiyanın Gürcüstandan ayrılacağını düşünmürəm, çünkii bunun üçün əlverişli şərtlərdən biri də yoxdur. Ayrılma yalnız Cavaxetiya ermənilərinin mərkəzi hakimiyyətə qarşı silahlı əməliyyatlara başlamasından və ən başlıcası, onların həmin əməliyyatlarda qalib gəlməsindən sonra mümkün ola bilər. Tiflisin isə hadisələrin belə inkişaf məcrasına yol verəcəyini qətiyyən düşünmürəm. Cavaxetiyadakı ermənilər Rusiyanın onlara dəstək verdiyini düşünürlər. Onlara məsləhət görərdim ki, yanılmasınlar".Cavaxetiyadakı ermənilər silahlanırSamtsxe-Cavaxetiyaya gəldikdə isə, oradakı ermənilərin separatçılıq meyllərinin qızğınlaşmasında "Virk" Partiyası, həmin təşkilatın rəhbərləri Vahan Çaxalyan, Yegişe Manuçaryan, Qriqor Minasyan, Sərkis Hakopcanyan, Qrişa Hakopyan və Tatevos Balacanyan xüsusi rol oynayırlar.Bu şəxslərin hamısının Daşnaksutyunla sıx əlaqələrdə olduğu, məhz daşnaklar vasitəsilə Ermənistanın müxtəlif dövlət strukturlarından maliyyə və silah aldıqları vurğulanır.Caavaxetiyadakı ermənilər də bundan narahat olublar."Həmin şəxslər rəsmi İrəvanın tapşırıqlarını yerinə yetirirlər. Onların əsas məqsədi ilkin mərhələdə Samtsxe-Cavaxetiyaya Gürcüstan tərəfindən muxtariyyət verilməsinə nail olmaqdır. Bunun ardınca isə daşnakların yerli marionetkaları vasitəsilə bölgənin müstəqilliyi uğrunda çıxış edəcəyi şübhə doğurmur. Artıq İrəvanın özündə də bu məqsədlə konkret iş aparan siyasi partiyalar, ayrı-ayrı qeyri-hökumət təşkilatları və şəxslər var", - cavaxetiyalı erməni Qriqori Badalyan deyir. Cavaxetiyanın mərkəzi şəhəri Axalkalakini üç il əvvəl tərk etmiş Badalyan indi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Vətəninə ölüm təhdidləri ilə üzləşdiyi üçün şəhəri tərk etdiyini deyən Badalyanın geri dönmək fikri yoxdur."Ələ silah götürmək və ya Cavaxetiyanın müstəqilliyini tələb edənlərə qoşulmaq fikrim yoxdu. Onlar hər həftənin şənbə günləri yerli erməniləri bir yerə yığmağa, Tiflisə qarşı fəal hərəkətlərə başlamağın vaxtının çatdığını onlara "başa salmağa" çalışırdılar. Cavaxetiyada indi ermənilərin çoxunda silah var. Bu adamlar siqnal gözləyirlər. Hər halda mənə belə gəlir, çünki orada çox pis vəziyyətdir. Mən də bu adamlara qoşulmadığım üçün xəyanətkar sayılırdım. Sonra da məni öldürəcəklərini dedilər. Ailəmi götürüb oranı tərk etdim", - Badalyan söylədi.Onun sözlərinə görə, Cavaxetiya ermənilərinə müstəqillik verilməsi tələbləri ilə son 20 ildə Ermənistan tərəfindən bir neçə dəfə cəhdlər göstərilib və təsadüfi deyil ki, bunun nümayişkəranə şəkildə ifadəsi 20-ci əsrin 90-ci illərində ortaya çıxıb. Müstəqil Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın 1991-ci ilin sonlarında Ermənistan rəhbərliyinə Cavaxetiyada yaranmış vəziyyətə görə xəbərdarlıq etməsi də buna sübutdur və bu, ermənilərin indi həyata keçirdiyi kampaniyanın əsasının da məhz həmin dövrdən qaynaqlandığına işarədir.
... Göründüyü kimi, Cavaxetiyadakı ermənilər muxtariyyət sevdasına düşüblər. Onlar dünyanın başqa yerlərində olan bütün soydaşları kimi, "Böyük Ermənistan" xülyasına inanır, həmin istiqamətdə yerimək istəyirlər. Fəqət, uçuruma aparan yolun sonu yaxşı olmur - ermənilər hər dəfə bunu ayaqlarının altından torpaq qaçandan sonra anlayırlar nədənsə. Həsən Ağacan. Milli.Az
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko