Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
GünAzTv: Müzakirələrin təxirə salınaraq BMT Baş Assambleyasının 65-ci sessiyanın gündəliyinə salınması bu məqsədlə bağldır.
BMT Baş Assambleyasının 65-ci sessiyasının gündəliyində Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətə dair qətnamə layihəsi də yer alır. Lakin rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin xeyli aktivləşdiyini nəzərə alaraq məsələni təxirə salmağı qərara alıb. Məsələ ondadır ki, sentyabrın sonu-oktyabrın əvvəllərində beynəlxalq faktaraşdırıcı missiya işğal olunmuş ərazilərə səfər edəcək, bölgədə yaranmış vəziyyətlə bağlı hesabat hazırlayacaq. Bu barədə sentyabrın əvvəllərində regionda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri məlumat verdilər. İndi Azərbaycan sözügedən missiyanın regiona gəlişini gözləyir. Proseslərin sonrakı inkişafından asılı olaraq həmin qətnamə layihəsi yenidən müzakirəyə çıxarıla bilər.Ümumiyyətlə isə, rəsmi Bakı BMT-ni çox vacib bir struktur hesab edir və Dağlıq Qarabağ məsələsinin təşkilatın tribunasından müzakirəsinə ciddi əhəmiyyət verir. Bunu Baş Assambleyanın 65-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib. Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan davamlı inkişaf, dünyada fundamental azadlıqların, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin mərkəzi rolunu tanıyır. BMT güclü və dünyanın istənilən hissəsindəki mürəkkəb qlobal problemləri həll etməyə qadir olmalıdır. Azərbaycan dağıdıcı müharibələr və işğaldan əziyyət çəkən ölkə kimi hesab edir ki, beynəlxalq norma və mehriban qonşuluq, dostluq və əməkdaşlıq siyasətinə riayət etmək lazımdır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir. Beynəlxalq ictimaiyyət işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirildiyini, ağır cinayətlərin əsas məsuliyyətinin Ermənistanın üzərində olduğunu tanıyıb. Şübhəsiz, bu problemin həllində BMT-nin də müstəsna rolu ola bilər: “Uzanan siyasi danışıqlar beynəlxalq hüququn norma və prinsplərinin, insan hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır: Dağlıq Qarabağda və ətraf rayonlarda silahlı münaqişənin tezliklə həlli bizim üçün vajib məsələ olaraq qalır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bölgəyə sülh və əmin-amanlıq gətirmək səylərini artırıblar. Münaqişə ilə bağlı qətanəmələr Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən təyin olunmuş vaxt ərzində çıxarılmasını tələb edir, bütün kommuniksiyaların bərpasını, qaçqın və məjburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılmasını, Dağlıq Qarabağın daxili muxtariyyət statusunun müəyyənləşdirilməsini və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Biz Dağlıq Qarabağın Azərbayjan daxilində yekun statusu ilə bağlı danışıqları davam etdirməyə hazırıq”.
Xatırladaq ki, Azərbaycan BMT-yə 1992-ci il martın 2-də üzv olub. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ problemi mütəmadi olaraq qurumun sessiyalarında müzakirə edilir. Münaqişələrin tənzimlənməsi birbaşa BMT Təhlükəsizlik Şurasının səlahiyyətində olduğundan qurum ilk günlərdən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Qarabağ məsələsi ilə ciddi maraqlanır. Bunun nəticəsçidir ki, 1993-cü il ərzində Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni hərbi birləşmələri tərəfindən azad edilməsini nəzərdə tutan 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. Lakin beynəlxalq müstəvidə mövcud ikili standartlar siyasətindən yararlanan Ermənistan bu sənədlərə məhəl qoymur. Təhlükəsizlik Şurası isə sözügedən qətnamələrin icrası ilə bağlı təzyiq mexanizminə malik olmadığını bəyan edir.Rəsmi Bakı diplomatik təzyiq elementi kimi təbliğat kampaniyasını BMT səviyyəsində davam etdirməyi vacib sayır. 2004-cü ilin noyabrında Azərbaycanın işğal olunmuş ərazilərinə dair məsələnin qurumun tribunasında müzakirə edilməsi İrəvanda şok effekti yaratdı. Rəsmi dairələr buna cavab olaraq qondarma Dağlıq Qarabağ Respublikasını tanıyacaqlarını, danışıqlar prosesindən isə çıxacaqlarını bildirdilər. BMT-dəki müzakirələr digər beynəlxalq təşkilatlara da təsir etdi və 2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası Ermənistanın təcavüzünü pisləyən qətnamə qəbul etdi. 2008-ci il martın 14-də BMT-nin Baş Assambleyası Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qətnamə qəbul etdi. Sənədin qəbulu böyük uğur sayılsa da, Minsk qrupunun həmsədr ölkələrinin onun əleyhinə çıxması böyük narazılıqlara səbəb oldu. Mütəxəssislər bu mövqenin vasitəçilik missiyası ilə üst-üstə düşmədiyini bildirdilər. Analoji prosesin indiki mərhələdə də davam etməməsi üçün Azərbaycan diplomatik səylərini artırır. 64-cü sessiya çərçivəsində müzakirələrin təxirə salınaraq 65-ci sessiyanın gündəliyinə salınması bu məqsədlə bağldır. Lakin Ermənistanın qeyri-adekvat mövqeyi hadisələrin inkişaf istiqamətini dəyişə bilər. Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da qeyd edir ki, Qarabağ münaqişəsinin həlli üçün İrəvanın vasitəçilərin təkliflərinə müsbət reaksiyası olmalıdır.
65-ci sessiyanın əhəmiyyətli hadisələri sırasında Azərbaycan Prezidenti İlham Əliyevin və xarici işlər naziri Elmar Məmmədyarovun sessiya zamanı bir sıra ölkələrin dövlət və hökumət başçıları, habelə xarici işlər nazirləri ilə keçirdikləri görüşləri göstərmək olar. Dövlət başçımızın amerikalı həmkarı Barak Obama ilə danışıqları dövlətlərarası münasibətlər, eləcə də 907-ci düzəlişin ləğvi, Dağlıq Qarabağ münaqişəsinin həlli, antiterror əməliyyatlarında birgə iştirak, Cənubi Qafqazda həyata keçirilən iqtisadi layihələrə dəstək baxımından vacib sayılır. Daha bir məqam… Sentyabrdan etibarən BMT Təhlükəsizlik Şurasında sədrlik funksiyası qardaş Türkiyəyə keçir. Türkiyənin isə Dağlıq Qarabağ münaqişəsinin həllində hansı rolu oynadığı bəllidir. 1993-cü ildən Ermənistanın təcavüzkarlığına etiraz əlaməti olaraq onunla sərhədlərini bağlayan Ankara NATO və ABŞ-dakı erməni lobbisinin təzyiqləri altında da bu sərhədləri açmır. Türkiyənin vasitəçiliyi bir sıra ölkələr tərəfindən müsbət qarşılanmasa da, Təhlükəsizlik Şurasının sədri kimi qardaş respublikanın bu prosesə fayda verə biləcəyi vurğulanır. Bunu Türkiyə prezidenti Abdullah Gülün Baş Assambleyadakı çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunması da sübut edir. Abdullah Gül bildirib ki, onu ən çox narahat edən bölgədəki qeyri-sabitlikdir. Təhlükəsizlik və sabitliyin bərqərar olmaması regional əməkdaşlığa və rifaha mane olur. Türkiyənin dövlət başçısı onu da qeyd edib ki, rəsmi Ankara İrana qarşı hərbi əməliyyat ehtimalından da narahatdır. Türkiyə BMT Təhlükəsizlik Şurasının İrana qarşı embarqo qətnaməsini dəstəkləməsə də, bu embarqoya əməl edir. Qardaş respublikanın Cənubi Qafqaz regionunda mühüm rol oynadığını da nəzərə alsaq, onun Təhlükəsizlik Şurasındakı sədrliyi dövründə bu bölgə ilə bağlı mühüm qərarların verilə biləcəyini istisna etmək olmaz.
«1-ci kanal»ın Analitik Qrupu
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko