SON XƏBƏRLƏR

Güney Azərbaycanda ANA DİLİ tələbi divarlarda görünür

2021.10.20, 07:36
Güney Azərbaycanda ANA DİLİ tələbi divarlarda görünür

Gunaz.tv

GünAzTv: Dərslərin başlamasında 4 gün keçsədə hələdə Güney Azərbaycanın müxtəlif şəhərlərində bildirişlər yayılır və tələbələr tərəfindən divarlar yazılır.

 

4 gün öncə (Sentyabr ayının 23-ü , Mehr ayının 1-i) İran və Güney Azərbaycanda təhsil ocaqları 3 ay tətildən sonra öz fəaliyyətinə başladı.

 

Öz Anayasasına belə məhəl qoymayıb (15-ci və 19-cu maddələr) fars dilindən başqa bütün dilləri təhsil sistemindən çıxaran İran rejimi yenədə asimilasyon siyasətinin tərkib hissəsi olaraq, qeyri-fars millətlərini ANA DİLİni nəzərə almadan fars dilində dərslərin başladılmasına şərait yaratdı. Dövlət səviyyəsində basqı altına alınan bütün qeyri fasr dillərinin mənsubları xüsusi ilə tələbələr bu siyasətə müxtəlif formalarda etiraz etdilər.

 

Dərslərin başlamasında 4 gün keçsədə hələdə Güney Azərbaycanın müxtəlif şəhərlərində bildirişlər yayılır və tələbələr tərəfindən divarlar yazılır. Yazılar ANA DİLİndə təhsil və azərbaycan türklərinin milli hüquqlarının tanınması ilə bağlı məzmun daşıyır.

Sizə nümayiş etdirdiyimiz şəkillər Marağa şəhərinin divaralından götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar