SON XƏBƏRLƏR

Kürd hökuməti İraq hakimiyyətindən xəbərsiz ölkə neftini satır

2021.10.20, 07:36
Kürd hökuməti İraq hakimiyyətindən xəbərsiz ölkə neftini satır

Gunaz.tv

Kürd hökuməti İraq hakimiyyətindən xəbərsiz ölkə neftini satır

GünazTV:İraqın mərkəzi hakimiyyəti ilə ölkənin şimalındakı yerli hökumət arasında gərginliyin yaşandığı haqda məlumatlar yayılıb.

Məlumatlara görə , ölkəni şimalındakı kürd hökuməti pulların ödənilməsindəki problemlər ucbatından neft ixracatını dayandırıb.

Kürd hökuməti hər gün 50 min barel neft ixrac etdikləri halda, ötən ilin mayından bəri Bağdadın ödəmə etmədiyini bildirib.

Rəsmi Bağdad isə yerli idarəçilərin bu qərarına qarşı basqı göstərir.

Məlumata əsasən, İraqın maliyyə naziri Rəfa əl-Əsavi şimaldakıların bu qərarının “onları qorxutmadığını” bildirsə də, baş nazirin enerji işləri üzrə müavini Hüseyn əl-Səristani bununla bağlı deyib: “Kürdlərin yaşadığı bölgə ilə bağlı iki kərə düşünülməlidir”. 

İraqın şimalını idarə edənlərin xarici neft şirkətləri ilə imzaladığı müqavilələr ucbatından Bağdadla aralarında gərginliyə səbəb olub. Onlar rəsmi Bağdadın razılığı olmadan 40-a yaxın müqavilə imzalayıb. İraq hakimiyyəti isə şimaldakı hökumətlə anlaşan şirkətlərə işbirliyi qurmaqdan imtina edib.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar