SON XƏBƏRLƏR

İrandan Türkiyəyə Çağırış

2021.10.20, 07:36
İrandan Türkiyəyə Çağırış

Gunaz.tv

İrandan Türkiyəyə Çağırış

GünazTV: "Strateji əlaqələrimizin zərər görməsinə icazə verməyək."İran ilə 6 ölkə arasında ediləcək nüvə görüşmələrin yeri mövzusundakı naməlumluq sürür.

Vaşinqton bəkləntisinin İstanbul olduğunu açıqladı, Tahran rəhbərliyi isə Bağdad variantı üzərində dayanır.

İran Xarici işlər nazirliyi spikeri, Tahran ilə Ankaranın bir çox məsələdə yaxın tutum içində olduqlarını yazaraq, "İki ölkədəki müxtəlif kəslərin şəxsi görüş və şərhləri İran və Türkiyə arasındakı strateji əlaqələri mənfi təsir etməməli'' deyə danışdı.

Sözcü, bəzi mövzularda fərqli görüşlərin ortaya çıxmasının təbii olduğunu, ölkələrin məsləhətləşmə və fikir mübadilələriylə fikirlərini yaxınlaşdırmağa işləri lazım olduğunu, uzaqdakı ölkələrin bölgəyə müdaxiləsinə isə qarşı olduqlarını vurğuladı.

Kənar yandan 13 Apreldə başlayacaq nüvə görüşmələrin yeri mövzusunda naməlumluq sürür.

İran televiziyası, Avropa Birliyi Xarici işlər Yüksək Nümayəndəsi Catherine Ashtonun, görüşmələrin Norveç, İsveçrə və ya Avstriyada edilməsini təklif etdiyini, Tahran rəhbərliyinin isə bunu rədd etdiyini eşitdirdi.

Sözcü, "Görüşmələrin burada ya da burada edilməsini söyləyəcək vəziyyətdə deyilik, əhəmiyyətli olan başlaması" deyə danışdı.

S. B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar