SON XƏBƏRLƏR

Malidə Azavad adlı ölkənin yaradıldığı elan edildi

2021.10.20, 07:36
Malidə Azavad adlı ölkənin yaradıldığı elan edildi

Gunaz.tv

GünAz TV: Malidə radikal islamçı qruplaşmaları birləşdirən "Ənsar əl İslami" hərəkatı ölkənin şimalında Azavad adlı ölkənin yaradıldığını elan edib.

Üzvlərinin çoxu köçəri tuareqlərdən ibarət hərəkat bununla bağlı bəyanat yayıb. Bu barədə Milli.Az "France 24"ə istinadən xəbər yayıb.

"Bu gündən etibarən Azavadın müstəqil olduğunu bəyan edirik. Başqa dövlətlərin sərhəd toxunulmazlığı və suverenitetinə sayğı ilə yanaşırıq. Bu ərazinin təhlükəsizliyinin təminatı ilə bağlı məsuliyyəti anlayırıq. Azadlıq uğrunda savaşı başa vurduq. İndi ən çətin vaxtlar başlayır", - bəyanatda deyilir.

Hərbçilərin çevrilişlə hakimiyyəti qəsb etdikləri Malidə islamçılar ölkənin şimalına tam nəzarət edir və hökumət qoşunlarını cənuba sıxışdırırlar. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar