SON XƏBƏRLƏR

Bakıda Güney Azərbaycan mövzusunda dəyirmi masa keçirildi

2021.10.20, 07:36
Bakıda Güney Azərbaycan mövzusunda dəyirmi masa keçirildi

Gunaz.tv

GünAz TV: Bakıda “Güney Azərbaycan: reallıqlar və perspektivlər (çeşməndaz)” mövzusunda dəyirmi masa keçirilib.

 

Bu gün Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) “Güney Azərbaycan: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə Azərbaycanın tanınmış siyasi simaları və güneyli soydaşlarımız iştirak ediblər.

 

Tədbirdə çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, Azərbaycanın bütövlüyü və möhkəmlənməsi uğrunda mübarizə aparan təşkilatlar arasında əməkdaşlıq çox əhəmiyyətlidir. Onun sözlərinə görə, Güney Azərbaycan hərəkatının əsas strategiyası soydaşlarımızı irançılıq ideologiyasından azad edərək azərbaycançılıq məfkurəsində cəmləşdirmək olmalıdır.

 

Daha sonra məruzələrlə davam edib və qonaqlar mövzu haqqında fikirlərini bölüşüblər. N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar