SON XƏBƏRLƏR

Nikola Sarkozi: “Əsəd Beynəlxalq Məhkəmə qarşısında cavab verəcək”

2021.10.20, 07:36
Nikola Sarkozi: “Əsəd Beynəlxalq Məhkəmə qarşısında cavab verəcək”

Gunaz.tv

GünAz TV: Fransa prezidenti Nikola Sarkozi Suriya prezidenti Bəşər Əsədin qatil kimi hərəkət etdiyini və Haaqa (Lahə) Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmalı olduğunu bəyan edib.

“Europe-1” radiosunda çıxış edən Nikola Sarkozi deyib ki, Suriyada humanitar (insani) koridorun açılmasına nail olmaq lazımdır.

Nikola Sarkozi bunun üçün Rusiya və Çinin BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasındakı vetosunun qaldırılmasının zəruri olduğunu bildirib: “Fransa ordusu BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan Suriyaya müdaxilə edə bilməz. Bəşər Əsəd bu gün qatil kimi hərəkət edir, buna görə o, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verəcək”.

Suriya prezidenti Bəşər Əsədinin Kofi Annanın sülh planını qəbul etməsinə baxmayaraq ölkədə hələ də zorakılıqlar davam edir. Humanitar yardımları qəbul etmək əvəzinə Əsəd qüvvələri daha artıq mövqeləri ələ keçirir, hücumlarını artırır. Siyasi keçidi təmin etmək əvəzinə, rejim dinc nümayişçilərə divan tutmaqda davam edir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar