SON XƏBƏRLƏR

İranın istəyinə rəğmən Qərb toplantının Türkiyədə keçirilməsini istəyir

2021.10.20, 07:36
İranın istəyinə rəğmən Qərb toplantının Türkiyədə keçirilməsini istəyir

Gunaz.tv

GünAz TV: Qərbin İranla aparılacaq nüvə müzakirələrinin keçirilmə yeri mübahisəyə, hətta gərginliyə səbəb olub.

Görüşün İstanbulda keçirilməsi təklifi ilə razılaşmayan İran müzakirələrin Suriya, Livan (Lübnan) və ya Misirdə aparılmasını istəyir.

Lakin Qərb Tehranın əksinə olaraq, İstanbul variantını (seçənək) daha məqbul hesab edərək, müzakirələrin bu şəhərdə aparılması niyyətində olduğunu bildirib.

ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibinin sözçüsü Mark Toner İranla keçiriləcək nüvə müzakirələrinin İstanbulda aparılmasını istədiklərini bildirib.

Toner jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın gözləntilərinin İstanbul olduğunu, buna baxmayaraq, müzakirələrin aparılacağı yerin dəqiqləşdirilməsinin vacibliyini qeyd edib. Bu barədə Publika.Az-ın "habertürk"ə istinadən məlumat yayıb.

Departament sözçüsü Hillari Klintonun da müzakirələrin İstanbulda aparılmasını istədiyini bildirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar