SON XƏBƏRLƏR

Azərbaycanlı mədəni fəal Mehdi Vahidi Sani tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı mədəni fəal Mehdi Vahidi Sani tutuqlanıb

Gunaz.tv

GünAz TV: Sulduzlu milli-mədəni fəal Mehdi Vahidi Sani həbs edilib. O, hazırda Miyana şəhərinin Mərkəzi zindanında həbsdə saxlanılır.

 

Vahidi Sabiti, barəsində çıxarılmış 6 aylıq həbs qərarını keçirmək üçün 2012-ci il martın 6-da (1390-cı il isfəndin 16-da) tutulub və zindana intiqal edilib.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 3 il öncə əl işləri sərgisində Azərbaycanın mədəniyyəti ilə bağlı məhsulları sərgilədiyi üçün yaxalandıqdan sonra, Miyana şəhərinin inqilab məhkəməsi tərəfindən sistemin əleyhinə təbliğdə günahlandırılaraq 6 ay həbsə məhkum edilib.

 

Xatırladaq ki, adını çəkdiyimiz fəal Azərbaycanın mədəniyyətinin inkişafı uğrundakı fəaliyyətlərinə görə bundan öncədə dəfələrlə təzyiqlərə məruz qalıb və həbs edilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar