SON XƏBƏRLƏR

Annan Suriya üçün əsgər istədi

2021.10.20, 07:36
Annan Suriya üçün əsgər istədi

Gunaz.tv

Annan Suriya üçün əsgər istədi

GünazTV:BMT və Ərəb Dövlətləri Liqasının xüsusi təmsilçisi yaxın günlərdə Suriyaya gedəcək heyəti mühafizə etmək üçün bir sıra ölkələrdən əsgər istəyib.

 “Hürriyet” qəzetinəsinin verdiyi məlumata görə, bunu Kofi Annanın sözçüsü Ahmet Fevzi söyləyib. Kofi Annanın əsgər istədiyi ölkələr sırasında Türkiyə yoxdur.

Ahmet Fevzi Dera, İdlib və Zabadani şəhərlərindən Suriya ordusunun çəkildiyini də bildirib. Kofi Annanın təqdim etdiyi plana əsasən Suriya ordusu və silahlı müxaliflər aprelin 10-dan başlayaraq atəşkəsə riayət etməlidirlər.

 Ahmet Fevzi Kofi Annanın aprelin 11-də İrana səfər edəcəyini də açıqlayıb. Ancaq səfərin məqsədi və kimlərlə görüş keçiriləcəyini açıqlanmayıb.

S.B 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar