SON XƏBƏRLƏR

BEHNAM ŞEYXİ ƏRDƏBİL İTTİLAATININ TƏKADAMLIQ KAMERASINDADIR

2021.10.20, 07:36
BEHNAM ŞEYXİ ƏRDƏBİL İTTİLAATININ TƏKADAMLIQ KAMERASINDADIR

Gunaz.tv

BEHNAM ŞEYXİ ƏRDƏBİL İTTİLAATININ TƏKADAMLIQ KAMERASINDADIR

Günaz TV: Azərbaycan milli fəalı, Behnam Şeyxinin yoxa çıxmasından 4 gün keçdikdən sonra  evlərinə zəng edərək Ərdəbil İttilaatında saxlandığını bildirmişdir. Behnam Şeyxi ki, altı ay öncə 50 min dollarlıq mülki girov qarşılığında Təbriz zindanında azad edilmişdi, 2 Aprel tarixində  Təbriz İttilaat idarəsinə sənədlərini və əşyalarını almaq üçün baş vurmuşdu.  Təbriz İttilaat idarəsinə baş vurduqdan sonra isə qayıdış məsirində bəlli olmayan bir səbəb üzündən  Nəmin şəhərinin yol polisi durağında tutuqlanaraq , Ərdəbil İttilaat idarəsinə göndərilmişdir.  Bu milli fəalın ailəsi onun sağlıq durumundan olduqca nigarandırlar. Ötən ay da Tehran inqilab məhkəməsi Behnam Şeyxini 5 il asılı ya təliqi həbsə məhkum etdi. Hakim Pir Əbbası,  bu mədəni fəalı qanunsuz qrupda üzvlük, Toplaşma və işbirliyi vasitəsi ilə ölkə güvənliyinə qarşı çalışmaqla ümumi dincliyi pozmaq və nizama qarşı təbliqatda suçlayaraq 5 il təliqi həbsə məhkum etmişdir.  Behnam bəy, İslam mücazat qanununun 47, 610 və 25 maddələri əsasında 5 il təziri həbsə məhkum olmuşdu ki, bundan öncə belə bir işdə sabiqəsi olmadığından bu 5 illik həbs asılı bir duruma gətirildi.

                Xatırlatmaq lazımdır ki, bu mədəni fəal 7 ay öncə Urmu gölünün quruldulmasına olan etiraz yuruşlərində iştirak etmək ittihamı ilə Tehranın Gülüstan şəhərində olan evində həbs edildikdən sonra Təbriz İttilaat idarəsinə göndərilmişdi.  Milli fəal Behnam şeyxi tutuqlandığında bütün sənədləri, passaportu, mülkü sənədləri və şəxsinə aid olan bir sıra əşyalar və kitablar da məmurlar tərəfindən götürülmüşdü.

M.R  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar