SON XƏBƏRLƏR

Güney Azərbaycan yazıçısı Ankarada vefat etdi

2021.10.20, 07:36
Güney Azərbaycan yazıçısı Ankarada vefat etdi

Gunaz.tv

Azərbaycan yazıçısı Ankarada vefat etdi

GünazTV:Güney Azərbaycanlı yazıçı Siyamək Səbri Türkiyənin paytaxtı Ankara şəhərində naməlum səbəblərdən vefat edib.

verilen melumatlara  görə, yazıçı bir neçə gün əvvəl intihar etsə də, bu haqda yalnız indi məlum olub.

Siyamək bəy 1973-cü ildə Güney Azərbaycanın Culfa şəhərindən dünyaya gəlmiş, ibtidai məktəbi Culfada oxumuş, Təbrizdə yaşamışdır.Güneydən mühacirət edəndən sonra bir müddət Bakıda yaşayıb.

daha sonra təqribən 10 il idi Norveçdə siyasi mühacir olaraq yaşayırdı. Norveçdə yaşadığı müddətçə bir çox məqalələr yazmış, Bakıda “Norveç yazıları” adlı avtobioqrafik roman çap etdirmişdi.

Mərhum Siyamək bu kitabında mühacir həyatın bir çox problemlərini incələmişdi. Roman böyük maraqla qarşılanıb və yazar üçün böyük perspektivlər vəd etmişdi.

Son zamanlar Norveçdə yaşamaqdan sıxılaraq Türkiyəyə getmişdi. Türkiyədə təhsilini davam etdirmək fikrindəydı ki əcəl möhlət vermədı.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar