SON XƏBƏRLƏR

Klinton Azərbaycan və Ermənistana çağırış etdi

2021.10.20, 07:36
Klinton Azərbaycan və Ermənistana çağırış etdi

Gunaz.tv

GünAz TV: Dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistanı,  snayperləri (təktirəndaz) qoşunların təmas xəttindən geri çəkməyə çağırırıb.

“Biz insanların həlak olmasına təəssüf edir və yenə də Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar atmosferinin daha da yaxşılaşdırmaq, lazımsız qurbanlardan qaçmaq və mövcud atəşkəs rejiminin daha da möhkəmləndirmək üçün addımlar atmağa, o cümlədən snayperləri (təktirəndaz) qoşunların təmas xəttindən geri çəkməyə çağırırıq”.

Erməni Milli Komitəsinin saytının yaydığı məlumata görə, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton Kaliforniyadan olan konqresmen-millət vəkili Hovard Bermanın yazılı sorğusunu belə cavablandırıb.

Hillari Klinton qeyd edib ki, ABŞ ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Qrupunun həmsədri kimi yenə də münaqişə tərəflərinə problemi nizamlamaq və sülh sazişinə nail olmaq üçün yardım göstərmək siyasətinə sadiqdir.

O, həmçinin bildirib ki, tərəflər proqnozlaşdırılmayan (öngürülməyən) nəticələrdən qaçmaq üçün verdiyi bəyanatlarda diqqətli olmalıdır: “Bir daha bəyan edirik ki, bu münaqişənin hərbi həll yolu yoxdur və yalnız sülh nizamlanması bölgəyə təhlükəsizlik, stabillik və barışıq gətirə bilər”. APA

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar