SON XƏBƏRLƏR

Suriyada son toqquşmalarda 61 nəfər həlak olub

2021.10.20, 07:36
Suriyada son toqquşmalarda 61 nəfər həlak olub

Gunaz.tv

GünAz TV: Suriyada hökumət qüvvələrilə müxalifət tərəfdarları arasında qanlı toqquşmalar davam edir.

 

Son sutka (24 saat) ərzində baş verən toqquşmalarda 61 nəfər həlak olub. Yalnız İdlib şəhərində 10 nəfərin, Taftanaz yaşayış məntəqəsində isə ən azı 20 nəfərin həlak olduğu bildirilir. Bu barədə milli.az məlumat yayıb.

 

Xatırladaq ki, Bəşər Əsəd rejimi BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) xüsusi elçisi Kofi Annanın barışıq planına əsasən aprelin 10-da atəşkəs elan ediləcəyini açıqlayıb. Amma bu, hələ ki, tərəflər arasında qanlı toqquşmalara son qoyulmasına kömək etməyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar