SON XƏBƏRLƏR

Vaşinqton Tehranı yola gəlməyə çağırdı

2021.10.20, 07:36
Vaşinqton Tehranı yola gəlməyə çağırdı

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton İranın nüvə paroqramı ilə bağlı narahatlıqlara cavab verməsini istəyib.

 

Klinton verdiyi açıqlamada diplomatik müzakirələr üçün zamanın məhdud olduğunu bildirərək, Tehrandan tez bir zamanda nüvə müzakirələrinə başlamasını istəyib. Bu barədə Publika.Az Türkiyə mətbuatına istinadən xəbər yayıb.

 

O, əks təqdirdə bu ölkəyə qarşı təzyiq və izolyasiyanın davam edəcəyini bildirib. Dövlət katibi deyib ki, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün vasitələri əlində saxlayır, ancaq diplomatiya pəncərəsi hələ də açıqdır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar