SON XƏBƏRLƏR

Murtaza Əvəzpur və Həsən Rəncbər tutuqlanıb

2021.10.20, 07:36
Murtaza Əvəzpur və Həsən Rəncbər tutuqlanıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Murtaza Əvəzpur xalaoğlusu Həsən Rəncbərlə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.

 

Məlumata görə, azərbaycanlı fəallar, Murtaza Əvəzpurun atası mərhum Sadiq Əvəzpurun yas mərasimi zamanı tutulublar. Onlar, yas mərasimi ilə bağlı türkcə yazılmış Bildirişləri yaydıqlarına görə tutulublar.

 

Adını çəkdiyimiz azərbaycanlı fəallar, aprelin 2-i (fərvərdinin 14-ü) Təbriz şəhərində yaxalanıblar.

 

Tutulan azərbaycanlı fəalların vəziyyəti ilə bağlı hələlik heç bir məlumat yoxdur. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar