SON XƏBƏRLƏR

Güney Azərbaycanlı fəal 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

2021.10.20, 07:36
Güney Azərbaycanlı fəal 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Gunaz.tv

Güney Azərbaycanlı fəal 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

 GünazTV: Güney Azərbaycanın tanınmış  fəalı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

Azərbaycan Respublikasına casusluq etməkdə, hakimiyyətin əleyhinə təbliğat aparmaqda və qanunsuz yolla pul qazanmaqda ittiham olunan Nasir Derazşəmşirin (Aydın Muğanlı) işinə Təbriz İnqilab Məhkəməsində baxılıb.

Azərbaycanlı fəal İranın islam cəza qanununun 501-ci maddəsinə əsasən həbs cəzasına məhkum edilib. Qeyd edək ki, N. Deraz 2011-ci ilin avqustun 6-da Muğan şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib.

 S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar