SON XƏBƏRLƏR

MİLLİ FƏALLARIN ZİNDANDAKI ŞƏRAİTLƏRİ DAHA DA ÇƏTİNLƏŞDİ, XƏSTƏLƏNƏNLƏR VAR

2021.10.20, 07:36
MİLLİ FƏALLARIN ZİNDANDAKI ŞƏRAİTLƏRİ DAHA DA ÇƏTİNLƏŞDİ, XƏSTƏLƏNƏNLƏR VAR

Gunaz.tv

MİLLİ FƏALLARIN ZİNDANDAKI ŞƏRAİTLƏRİ DAHA DA ÇƏTİNLƏŞDİ, XƏSTƏLƏNƏNLƏR VAR

Günaz TV:  Təbriz zindanının mali bölməsində saxlanılan mühəndis İbrahım Rəşidi, Mehrdad Kərəmi, Ruzbeh Səadəti, Əfşin Şahbazi və Məhəmməd Əhədi, zindanın narkamanları saxlanılan Metadon adlı bölməyə verilmişdir.  Normalda zindanın bu bölməsi, uyuşdurucu maddələrə alışanlar  saxlanılırlar. İttilaatın sifarişi ilə Milli fəalları daha çox əziyyət etmək məqsədi ilə bu bölməyə göndərmişlər.

Bu bölmə təmizlik baxımından olduqca pis durumdadır. 

Milli fəallar bu bölməyə verildikdən sonra viruslu xəstəliklərə yoluxublar. O cümlədən İbrahım Savalanın(Rəşidi) bağırsaqlarında problem yaranmış, diş ətində də çirklənmə baş vermişdir. Ruzbeh Səadətinin isə Midə və diş ətlərində xəstəliklər var. Milli fəallar  bu bölməyə getdikdən olduqca əziyyətli bir durumda saxlanılır. Başqa milli fəallarımızda da oxşar xəstəliklər gözə dəyir.

Xatırladaq, bu milli fəlların tutuqlanmasından aylar ötməsinə baxmayaraq, hələ də bəlli olmayan bir durumda , heç bir məhkəmə iclası keçirilmədən saxlanılırlar.

M.R

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar