SON XƏBƏRLƏR

Türkiyə İrandan Açıqlama Gözləyir

2021.10.20, 07:36
Türkiyə İrandan Açıqlama Gözləyir

Gunaz.tv

Türkiyə İrandan Açıqlama Gözləyir

GünazTV:Türkiyə Laricaninin, Suriya yığıncağıyla əlaqədar sözləri üçün izahat istəndi.

İranın "Qərb ilə ediləcək nüvə görüşmələrdə ünvan İstanbul" şərhinin ardından bu gün, "görüşmələr Bağdad ya da Şamda da ola bilər" ifadəsinə ilk reaksiya Türkiyə Xarici işlər Naziri Əhməd Davutoğlundan gəldi.

Davutoğlu, "əhəmiyyətli olan harada edildiyi deyil, nəticə alınması" dedi.Əhməd Davutoğlu, İran Məclis Başçısı Laricaninin, İstanbulda edilən Suriya yığıncağının İsrailin işinə yaradığı şərhinə bağlı olaraq da, "İran səfirini çağırdıq izahat istədik" deyə danışdı.

Davutoğlu :"Əhəmiyyətli olan bu görüşmələrdən nəticə alınmasıdır. Türkiyədə etmək istəyərlərsə buyursunlar, başımızın üzərində yerləri var. Və hər cür qatqını hər vaxt olduğu kimi edərik. Başqa bir yerdə etməyi arzu etsələr yenə əlimizdən gələn qatqını edərik.

Türkiyə bu mövzularda heç bir zaman bir prestij arxasında olmamışdır.İran ilə Türkiyə arasında köklü diplomatik əlaqələr var və bunlar əsrlərə söykənən əlaqələrdir. 

S. B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar