SON XƏBƏRLƏR

Rəfsəncani İranı ABŞ-la birbaşa danışıqlara çağırdı

2021.10.20, 07:36
Rəfsəncani İranı ABŞ-la birbaşa danışıqlara çağırdı

Gunaz.tv

Rəfsəncani İranı ABŞ-la birbaşa danışıqlara çağırdıGünazTV: Keçmiş prezident: «Amerika dünyanın ən güclü və üstün qüdrətidirAprelin 2-də jurnalistlərə açıqlama verən sabiq prezident, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani İranla ABŞ arasında birbaşa danışıqların tərəfdarı olduğunu bildirib. 1980-ci ildə ABŞ-ın Tehrandakı səfirliyi işğal edildikdən bəri Tehranla Vaşinqton arasında diplomatik əlaqələr kəsilib. Məlumatlara görə, Rəfsəncani deyib ki, Amerika dünyanın əsas fövqəldövlətidir və İran digər fövqəldövlətlərlə münasibət saxladığı kimi ABŞ-la da əlaqələr qura bilər: “İslam heç vaxt əmr etməyib ki, əqidəmizlə müxalif olan tərəflərlə əlaqələrimizi kəsək və ya onlarla danışıq aparmayaq. Bu gün Amerika dünyanın ən güclü və üstün qüdrətidir. Məgər bizim gözümüzdə Avropanın, Çinin və ya Rusiyanın Amerika ilə nə fərqi var ki? Əgər biz onlarla müzakirə aparırıqsa, niyə Amerika ilə də danışmayaq? Əgər biz əqidə baxımından davransaydıq, onda Allahı və mənəviyyatı qəbul etməyən kafir ölkələrlə də əməkdaşlıq etməməli idik. Halbuki bu gün hamıdan çox həmin ölkələrə yaxınıq”.

S.B 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar