SON XƏBƏRLƏR

ABŞ İranın hücumlarına məruz qala bilər

2021.10.20, 07:36
ABŞ İranın hücumlarına məruz qala bilər

Gunaz.tv

 ABŞ  İranın hücumlarına məruz qala bilər

GünazTV: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini: Ölkəmizə hərbi müdaxilə edilərsə, ABŞ da İranın hücumlarına məruz qala bilər.

O deyib ki : Ölkəmizə hərbi müdaxilə edildiyi təqdirdə, buna cavab olaraq İran da ABŞ-a hücum edə bilər”.

Məlumatlara görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Məsud Cəzayiri deyib.

O bildirib ki, İran istənilən hücuma qarşılıq verəcək: “Ölkəmizə hərbi müdaxilə edilərsə, bizim əməliyyatlarımız yalnız Yaxın Şərq və Fars körfəzini əhatə etməyəcək. ABŞ-ın ərazisi də bizim hücumlarımıza məruz qala bilər.

Odur ki, müharibə olacağı təqdirdə, ABŞ-ın heç bir yeri təhlükəsiz olmayacaq”. M. Cəzayiri əlavə edib ki, İran heç bir ölkəyə birinci hücum etməyəcək.

 S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar