SON XƏBƏRLƏR

Hillari Klinton:“İsrailin İrana təkbaşına hərbi müdaxiləsi heç kimə fayda verməyəcək”

2021.10.20, 07:36
Hillari Klinton:“İsrailin İrana təkbaşına hərbi müdaxiləsi heç kimə fayda verməyəcək”

Gunaz.tv

Hillari Klinton:“İsrailin İrana təkbaşına hərbi müdaxiləsi heç kimə fayda verməyəcək”

GünazTV: Hillari Klinton:“ “Barak Obama bu mövqeyimizi İsrail rəhbərliyinin nəzərinə çatdırıb”“İsrailin İrana təkbaşına hərbi müdaxiləsi heç kimə fayda verməyəcək”.Bu fikirləri ABŞ-ın dövlət katibi Hillari Klinton ABC telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, ABŞ və İsrail bütün sahələrdə yaxından əməkdaşlıq edir: “ABŞ prezidenti Barak Obamanın da İsrail rəhbərliyinin diqqətinə çatdırdığı kimi, biz qətiyyətlə belə bir halın heç kimin xeyrinə olmayacağına inanırıq”. H. Klinton deyib ki, İran məsələsinin həlli üçün diplomatik yoldan istifadə etmək daha faydalıdır: “Biz İranın mübahisəli nüvə proqramı ilə bağlı yaranmış problemi aradan qaldırmaq istiqamətində son nəticə əldə etmək və beynəlxalq ictimaiyyətin narahatlığına son qoymaq əzmindəyik. ABŞ bu məsələdə əlindən gələn səyləri əsirgəməyəcək”.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar