SON XƏBƏRLƏR

Somalidə partlayış: Olimpiya Komitəsi və Futbol Federasiyasının prezidentləri öldü

2021.10.20, 07:36
Somalidə partlayış: Olimpiya Komitəsi və Futbol Federasiyasının prezidentləri öldü

Gunaz.tv

Somalidə partlayış: Olimpiya Komitəsi və Futbol Federasiyasının prezidentləri öldü

GünazTV: Somalinin paytaxtı Moqadişoda Milli Teatr partladılıb. Euronews”un verdiyi məlumata görə, partlayış nəticəsində ölkənin Milli Olimpiya Komitəsinin və Futbol Federasiyasının prezidentləri ölüb.

 İtkilər barədə dəqiq rəqəm hələ də açıqlanmır. Şahidlər ölənlərin ən azı 4 nəfər olduğunu bildirirlər. Partlayış vaxtı teatrda nə qədər məmur olduğu dəqiq bilinmir.

İlkin məlumatlara əsasən, bombanı terrorçu-kamikadze işə salıb. Somalidə hakimiyyətə gəlmək uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalardan heç kim terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. 

Qeyd edək ki, son zamanlar Somalidə iri terror aktlarının çoxu “Əl-Şabab” qruplaşmasına şamil edilir. Martın 14-də bu təşkilatın döyüşçüləri prezident sarayını partladıblar. Onlar terror seriyasını davam etdirəcəklərinə söz veriblər.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar