SON XƏBƏRLƏR

Euronest Parlamentarlar Məclisinin Qərarları Açıqlandı

2021.10.20, 07:36
Euronest Parlamentarlar Məclisinin Qərarları Açıqlandı

Gunaz.tv

Euronest Parlamentarlar Məclisinin Qərarları Açıqlandı

GünazTV: İlk yığıncaqda razılaşmaya çata bilməyən Məclis, Bakıda iştirakçı beş ölkə və Avropalı parlamentarların da imzasını daşıyan dörd ortaq bildiri hazırladı.

Yığıncaqdan, enerji təhlükəsizliyi və daşıması mövzusunda Trans Anadolu və Nabuccoya tam dəstək çıxdı.Beş ölkə arasında ticari əlaqələrin inkişaf etdirilməsini məqsəd qoyan protokol imzalandı.

Demokratiya və İnsan haqqları mövzusunda ilk addımda edilməsi lazım olanlar təyin olundu.Tansiyonun ən yüksək olduğu iclassa siyasi mövzuların müzakirə edildiyi yığıncaq oldu.

Azərbaycanlı millət vəkilinin, Qarabağ və Ermənilərin işğal etdiyi Azərbaycan torpaqları haqqındakı danışması Erməni millət vəkilləri tərəfindən kəsilmək istəndi.

Mühit bir anlığına gərginləşsə də araya girən digər parlamentarlar Tansiyonudüşürdü.Təşkil edilən mətbuat konfransında danışan Euronest Parlamentarlar Məclisi başkanı Kristian Vigenin, Qarabağ probleminin ən qısa zamanda həllə çatması lazım olduğunu bunun üçün də AGİT Minsk qrupunun daha aktiv işini gözlədiklərini söylədi.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar