SON XƏBƏRLƏR

Rusiya Xarici işlər Naziri Azərbaycanda

2021.10.20, 07:36
Rusiya Xarici işlər Naziri Azərbaycanda

Gunaz.tv

Rusiya Xarici işlər Naziri Azərbaycanda

GünazTV: Lavrov: "İki ölkə arasındakı Qarabağ problemi ən qısa zamanda həll olmalıdır.

Azərbaycan, Rusiya ilə olan diplomatik əlaqələrində, 20 ili geridə buraxdı.Həm əlaqələrin iyirminci ildönümünü qeyd etmək həm də bölgədəki problemləri müşavirə etmək üçün Rusiya Xarici işlər Naziri Sergey Lavrov Azərbaycanı ziyarət etdi.

Lavrov, Bakıda Azərbaycan Xarici işlər Naziri Elmar Memmedyarovla görüşdü.

Qarabağ problemindən Xəzərin statusuna, ikili əlaqələrdən ediləcək razılaşmalara bir çox mövzu üstünde danışıqlar getdi.Çıxan nəticə geridə qalan görüşmələrdən çox da fərqli deyildi.

Konkret ifadələr istifadə etməkdən qaçınan Lavrov, iki qonşu ölkə arasındakı Qarabağ problemi ən qısa zamanda həll tapmalı dedi.

Elmar Memmedyarov isə keçən iyirmi il boyunca Rusiya ilə 165 razılaşma imzaladıqlarını söyləyərək, Qarabağ probleminin həllində göstərdiyi səydən ötəri Rusiyaya təşəkkür etdi.

Görüşmədə Xəzərin hüquqi statusu ilə əlaqədar mövzular, ticarətin inkişafı, federal mərkəzlərlə əlaqələrin inkişafı, insani sahələrdə əməkdaşlıq mövzuları ələ alındı.   

S. B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar