SON XƏBƏRLƏR

Sergey Lavrov güney azərbaycanlılardan danışıb

2021.10.20, 07:36
Sergey Lavrov güney azərbaycanlılardan danışıb

Gunaz.tv

GünAz TV: Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, İrana qarşı güc tətbiq edilərsə, bunun Azərbaycana böyük təsiri olacaq, "çünki İranda böyük azərbaycanlı icması yaşayır".

"Onların hazırda yaşadıqları ölkəyə hücuma necə reaksiya (əksüləməl) verəcəklərini demək çətindir. Amma şübhəsiz ki, İrandan böyük qaçqın axını olacaq və onların böyük hissəsi... Rusiya Federasiyasına gəlib çıxacaq"" - cənab Lavrov deyib.

Nazir hesab edir ki, İrana hücum bölgədə, o cümlədən Ərəb dünyasında təhlükəsizliyə ciddi zərbə vura bilər.

"Hərbi hücumun nəticələrini proqnozlaşdırmaq (öngörmək) çətindir. Amma bir məsələ məlumdur ki, bu nəticələr çox ağır və mənfi olacaq" - nazir qeyd edib.

Cənab Lavrov həmçinin bildirib ki, İrana mümkün hərbi hücum beynəlxalq qanunlara ziddir.

"Beynəlxalq qanunlar, silahlı hücum subyekti (subject) olmayınca gücdən istifadəni yasaqlayır. Xəbərdarlıq naminə gücdən istifadə isə beynəlxalq qanunlarla qadağandır" - İnterfaks agentliyinin məlumatına görə o, Yerevanda keçirdiyi mətbuat konfransında deyib. BBC

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar