SON XƏBƏRLƏR

Amerika Azərbaycanla bağlı yayılan xəbəri təkzib etdi

2021.10.20, 07:36
Amerika Azərbaycanla bağlı yayılan xəbəri təkzib etdi

Gunaz.tv

GünAz TV: ABŞ Dövlət Departamenti (Amerika Birləşmiş Ştatlarının xarici işlər nazirliyi) İranla münaqişə vəziyyətində olan İsrailin bu ölkəyə hərbi hücum həyata keçirildiyi təqdirdə Azərbaycanın bir sıra hərbi aerodromlarından (pərvazqah, hava limanı) istifadə etmək hüququ alması barədə məlumatları təkzib edib.

 

Bu barədə bazar ertəsi toplantıda jurnalistlərin bu məsələ ilə bağlı sualını cavablandıran Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Viktoriya Nuland bəyan edib.

 

Onun sözlərinə görə, bu informasiya həqiqətə uyğun deyil.

 

“Mən bu mövzuda məlumatın hər hansı bir faktiki (əməli) əsasının olduğunu göstərən heç bir informasiyaya malik deyiləm” – deyə, o bildirib.

 Qeyd edək ki, Bakının İrana zərbə endirilməsi üçün İsrailə Azərbaycanın bir neçə hərbi aerodromundan istifadə etməyə icazə verdiyi barədə iddialar ötən çərşənbə günü nüfuzlu “Foreign Policy” jurnalının elektron versiyasında peyda olmuşdu. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar