SON XƏBƏRLƏR

Rusiya xarici işlər naziri İran və Suriya məsələsindən danışıb

2021.10.20, 07:36
Rusiya xarici işlər naziri İran və Suriya məsələsindən danışıb

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası İrana qarşı hərbi zərbəyə imkan verməyəcək. Bu bəyanatla ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

“Kimlərinsə ağlına belə bir iş görmək – İrana hücum etmək fikri gəlsə, onlar Təhlükəsizlik Şurasına müraciət etməyəcək. Çünki, Təhlükəsizlik Şurası onsuz da güc tətbiqinə dair heç bir qətnamə qəbul edən deyil”, deyə Lavrov bildirib.

GünAz TV mətbuat mərkəzinin “Qaynar.info”-ya istinadən yaydığı məlumata görə, Lavrov vurğulayıb ki, Rusiya Beynəlxalq Atom Enerji Agentliyi ekspertlərinin (karşünaslarının) İranda təftiş işlərini genişləndirməsini vacib hesab edir.

Nazirin sözlərinə görə, agentlik müfəttişləri və müşahidəçiləri hazırda İranın bütün nüvə obyektlərini (təsisat) yoxlayır və hələlik heç bir qadağan olunmuş fəaliyyət aşkar olunmayıb. Sergey Lavrov eyni zamanda Suriya münaqişəsinə toxunaraq, Bəşər Əsədin islahat təşəbbüsünün gecikmiş və yarımçıq olduğunu deyib. Nazir bununla belə, bu təşəbbüsə əhəmiyyət verməməyin düzgün addım olmadığını deyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar